“Kişi cinsini dəyişə bilməz” – Deputatdan Hacı Şahinə cavab
Millət vəkili Fazil Mustafa dini lider Hacı Şahin Həsənlinin kişilərin cinsiyyətini dəyişməsi ilə bağlı verdiyi fətvanı qınayıb.
AzVision.az-a açıqlamasında deputat Hacı Şahinin bu çıxışına təəccübləndiyini bildirib.
Millət vəkili vurğulayıb ki, hansısa bir kişinin cinsini dəyişməsi məsələsi, ümumiyyətlə ciddi bir xəstəlikdən əlavə anormal bir davranışdır və bu da dində müsbət qarşılanmır:
“Allah insanı necə yaradıbsa, ona uyğun davranmaq yolunu tapmalıdır.Yəni, insan Allahına şükür edərək, faydalı iş görərək, öz ömrünü başa vurmalıdır. Yüzlərlə fiziki cəhətdən qüsurlu insanlar var ki, həmin qüsurlarını aradan qaldırmaq üçün imkanları yoxdur. Amma yenə də ibadətlərini, dualarını edib, Allah yolunda öz ömürlərini sürürlər”.
Ruhani liderin sosial şəbəkələrdə yer alan videosu ilə tanış olmadığını deyən F.Mustafa vurğulayıb ki, belə bir əsaslandırma müqəddəs kitabla yanaşı, hədislərdə də yer almayıb. “Hər hansı dindən başı çıxan adamın bu cür çıxış etməsi mənə inandırıcı gəlmir. Bəlkə, Hacı Şahinin açıqlaması doğru anlaşılmayıbdır?”, deyə deputat əlavə edib.
Xatırladaq ki, Azərbaycanda şiə təriqətinin tanınmış simalarından olan “Məşədi Dadaş “ məscidinin imam-camaatı Hacı Şahin Həsənli kişilərin cinsiyyətini dəyişməsi ilə bağlı ilginc fətva verib. Ruhani lider insanın cinsinin dəyişməsinin dini baxımdan yolverilən olduğunu bildirib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR