İmişli rayon məhkəməsindən bayrağa qarşı hörmətsizlik - Fotofakt
İmişli rayon məhkəməsinin inzibati binasından asılan bayraq yararsız vəziyyətə düşüb.
Correct.az -a verilən məlumata görə bayraq bir neçə dəfə cırıldığından onu açıb cırılan hissəsini kəsərək yenidən dirəyə asıblar. Artıq bir neçə dəfə kəsilən bayraq tamamilə yararsız vəziyyətə düşüb və kəsik bayrağın ay-ulduz olan hissəsinə qədər gəlib çatıb.
Redaksiyamıza məlumat verən sakinlər bilririrlər ki, bayraq artıq bir həftədən çoxdur ki, bu vəziyyətdə məhkəmə binasından asılıb. Məsələ ilə bağlı İmişli rayon məhkəməsi ilə əlaqə saxlamağa çalışsaq da müvəffəq ola bilmədik.
Mövqelərini dərc etməyə hazırıq.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR