"Yoluxma artır, yenidən sərt karantin rejimi tətbiq edilə bilər" - AÇIQLAMA
Son iki gündə yoluxma sayının artması karantin davranış qaydalarına əməl edilməməsi ilə bağlıdır.
Qafqazpress. az bildirir ki, bunu "axar.az"-a professor Adil Qeybulla son 2 gündə ölkəmizdə koronavirusa yoluxmada artım müşahidə olunmasının karantinin yenidən sərtləşməsinə səbəb olub-olmayacağı barədə danışarkən deyib. O bildirib ki, avqust ayında bununla bağlı mənzərə tam aydınlaşacaq:
“Yoluxma sayının artması davranışlara bağlıdır. İnsanlar qapalı məkanlarda maskadan istifadə etmirlər. Maskası olanlar da ya burundan aşağıda, ya da əllərində saxlayırlar. Xəstəliyin indi subklinik formasında gəzənlər çoxdur. Çünki virus xeyli zəifləyib. Lakin maksimum dərəcədə diqqətli olmaq lazımdır”.
Qeyd edək ki, iki gün öncə günlük 79-a qədər geriləyən yoluxma sayı ötən gün 93-ə qalxıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR