» » "Toyların keçirilməsinə bu şərtlə icazə verilə bilər"... - Deputatdan AÇIQLAMA

"Toyların keçirilməsinə bu şərtlə icazə verilə bilər"... - Deputatdan AÇIQLAMA

Müəllif: Səma Zərdablı
//
Tarix: 10 avqust 2020
//
Bölmə: Sosial

"Toyların keçirilməsinə bu şərtlə icazə verilə bilər"... - Deputatdan AÇIQLAMA



Xəbər verdiyimiz kimi avqustun 9-da 87 yeni yoluxma faktı qeydə alınıb. 308 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu azalma dinamikası davam edərsə toyların keçirilməsinə icazə verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, yoluxanların sayı artıq iki rəqəmliyə düşüb:
"Sərt karantin rejiminin müsbət nəticəsi artıq görünməkdədir. Bilirsiniz ki, yenidən sərt karantin rejimi tədbiq edilən zaman gündəlik yoluxma 600-ə yaxınlaşmışdı. Operativ Qərargahın zamanında tədbiq etdiyi sərt karantin rejimi sayəsində artıq dünən yoluxanların sayı 87-yə düşüb. Sevindirici digər məsələ isə insanlarımızın artıq bu xəstəliyin varlığına inanması və qoyulan qaydalara əməl etməsidir. Bu günlərdə vətəndaşlarımız qoyulan qaydalara əməl edərək dövlətimizə dəstək oldu. Marketlərdə və dayanacaqlarda insanlarımız maska taxır, sosial məsafəni qoruyurlar. Ümid edirəm ki, mərhələli şəkildə tədbiq edilən yumşalmalar zamanı da insanlarımız qaydalara əməl etməkdə davam edəcəkdir. Azalmalardan arxain olmaq olmaz. Normal həyatımıza tez qayıtmaq istəyiriksə Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl etməliyik. Qaldı ki, toyların keçirilməsinə icazə verilməsi məsələsinə qeyd edək ki, bununla bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir. İnsanlarımızı və gənclərimizi də anlayıram. Valideynlər övladının xoş gününü görməyi arzulayırlar. Amma sağlamlıq hər şeydən önəmlidir. Kütləvi toplaşma yoluxmanı yenidən artıra bilər. Ümid edək ki, bu azalma dinamikası davam edəcək və tezliklə normal həyatımıza qayıdıb, toy, ad günləri və digər mərasimlərini əvvəlki qaydada keçirə biləcəyik. Əlbəttə bununun üçün də hər birimizin məsuliyyətini dərk edib, Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl etməsi vacibdir".
banner125x125 banner125x125