Prezidentə müraciət edən NİDA-çının cəzası 5 ildən 2 ilə endirildi
İyulun 3-də Sumqayıt Apellyasiya Məhkəməsində xaçmazlı gənc, “Facebook” fəalı Elsevər Mürsəllinin işi üzrə proses yekunlaşıb.
"Qafqazinfo" xəbər verir ki, vəkil Xalid Bağırov “Media forum” saytına bildirib ki, Sumqayıt Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlıqdan məhrum etdiyi fəalın cəzasını 2 ilə endirib.
Xalid Bağırov onu da qeyd edib ki, Elsevər onun vəkil xidmətindən imtina edib.
Elsevər Mürsəllini ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həbs edib. O, külli miqdarda narkotik saxlama ittihamı ilə məhkum olunub. Bu il aprelin 3-də fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Elsevər Mürsəlli 2013-cü ilin prezident seçkisi zamanı müxalif namizəd Cəmil Həsənlini fəal şəkildə dəstəkləyib. Gənc həmin il oktyabrın 3-də Xaçmazda saxlanaraq polisə aparılıb. Rəsmi versiyaya görə, onun cibindən heroin çıxıb.
2014-cü il iyunun 23-də Elsevər Mürsəlli peşmançılıq müraciəti yayaraq əfv istəmiş və NİDA Vətəndaş Hərəkatının və AXCP-nin üzvlüyündən imtina etdiyini bildirmişdi.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR