» » Vətəndaşın Prezident Administrasiyasına müraciəti təmin edildi - FOTO/VİDEO

Vətəndaşın Prezident Administrasiyasına müraciəti təmin edildi - FOTO/VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 22 sentyabr 2020
//
Bölmə: Sosial
 Vətəndaşın Prezident Administrasiyasına müraciəti təmin edildi - FOTO/VİDEO


Vətəndaşın qaz çəkilməsi ilə bağlı Prezident Administrasiyasına ünvanlandığı müraciət dərhal təmin edilib.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, paytaxtın Səbail rayonunda qeydiyyatda olan vətəndaş Nağıyev Əli Rafil oğlunun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı və Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətini “Azəriqaz” İstehsalat Birliyi dərhal təmin edib.
Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. O, müraciətinə baxılması zamanı üç övladının görmə məhdudiyyətinin olmasının da nəzərə alınmasını istəyib. Birliyin əməkdaşları onun ailəsinin yaşadığı evə baş çəkib, təbii qazın çəkilməsi işlərinə başlanılıb.
20 sentyabr – “Neftçilər Günü” peşə bayramı ilə bağlı “Azəriqaz” İB-nin həyata keçirdiyi sosial aksiya çərçivəsində vətəndaşın problemi tezliklə həllini tapıb.
Qeyd edək ki, Nağıyev Əli Rafil oğlu hazırda cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.


banner125x125 banner125x125