» » Gəncəyə raket atılması Qərbin maraqlarına ZƏRBƏDİR - Politoloq Məhəmməd Əsədullazadə

Gəncəyə raket atılması Qərbin maraqlarına ZƏRBƏDİR - Politoloq Məhəmməd Əsədullazadə

Müəllif: Səma Zərdablı
//
Tarix: 05 oktyabr 2020
//
Bölmə: Sosial
Gəncəyə raket atılması Qərbin maraqlarına ZƏRBƏDİR - Politoloq Məhəmməd Əsədullazadə


“Ermənistan Gəncəyə raket atmaqla Qərbin regionda enerji və goesiyasi maraqlarına zərbə vurdu. "Gəncə Dəhlizi", ABŞ başda olmaqla, Qərbin enerji və nəqliyyat dəhlizidir.”
Bu fikirləri Metbuat.az-a müsahibəsində politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspertin sözlərinə görə Azərbaycan XİN bu məsələni Vaşinqton və Brüsselə bildirməlidir. “Gəncəyə raket atılması, artıq Azərbaycan Ermənistana heç bir kompromis yeri qoymayacaq. Ümumiyyətlə, Qarabağ ermənilərdən təmizlənməlidir və onlara heç bir muxtariyyət verilməməlidir.
Ermənistanın terrorçu siyasi rəhbərliyi duşünür ki, Gəncəni vurmaqla onlar atəşkəsə Azərbaycanı məcbur edəcəklər, yaxud Azərbaycan Ermənistana cavab zərbəsi endirməklə Rusiyanı müharibəyə cəlb edəcəklər.
Ortada Türkiyə faktoru var. Rusiya bu münaqişədə yer almayacaq.”
Məhəmməd Əsədullazadə vurğuladı ki, Ermənistan rəhbərliyi heç vaxt hesablamırdı ki, Azərbaycan ordusu Xankəndində hərbi obyektləri, bazaları vuracaq.
“Onlar hesab edirdilər ki, Azərbaycan ətraf rayonlara yalnız hücum edə bilər amma heç ağıllarına da gəlməzdi ki, rəşadətli ordumuz Xankəndində, Şuşada, Ağdərədə həmçinin Madagiz istiqamətində erməniləri məhv edərək hərbi üstünlüyü ələ ala bilər.
Ermənistan ərazisində ölkəmizə raket atılan yerləri təhlükəsizliyimiz üçün vura bilərik. Bu, bizim hüququmuzdur.
Azərbaycan özünü müdafiə hüququndan istifadə edib, istənilən təhlükənin haradan gəlməsindən asılı olmayaraq vurmalıdır.”

Gəncəyə raket atılması Qərbin maraqlarına ZƏRBƏDİR - Politoloq Məhəmməd Əsədullazadə
banner125x125 banner125x125