Gəncədə dağıntılar altında qalan azyaşlının vəziyyəti yaxşıdır - VİDEO
Gəncədə düşmənin raket hücumu nəticəsində dağılan binadakı mənzillərdən birində hərbçi ailəsi yaşayırdı.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, dağılan binadakı mənzillərdən biri 3 yaşlı Məryəmgilin evi olub. Məryəm və Aylin adlı uşaqların atası Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilərimizdən biridir.
Hadisə zamanı 3 yaşlı Məryəm baş nahiyəsindən xəsarət alıb. Həkimlər tərəfindən müayinə edilən balaca qızcığazın vəziyyəti yaxşıdır.
Müxbirimizlə qısa söhbət zamanı Aylin bacısının yaxşı olduğunu deyib.
Həmin görüntüləri təqdim edirik:
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR