Ermənistanın Gəncəya endirdiyi raket zərbəsində 7 binaya ziyan dəyib
Düşmənin Gəncəni raket atəşinə tutması nəticəsində 7 binaya ziyan dəyib.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Gəncənin icra başçısı Niyazi Bayramov deyib.
N.Bayramovun sözlərinə görə, ötən gün baş verən hücum nəticəsində 35 nəfər mülki şəxs yaralanıb:
“Hadisə nəticəsində yaralananların 6-sı uşaqdır. Binada yaşayan bir ailənin iki üzvü- ata və ana vəfat edib. Ailənin altı və doqquz yaşlı iki övladı qalıb. Burada heç bir hərbi hissə yoxdur. Ərazidə 150-yə yaxın dinc əhali yaşayır. Burada qələbə parkı yerləşirdi ki, artıq tamamilə yararsız hala düşüb”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR