» » DAK rəhbəri: “Azərbaycanın qarşısında dövlət yox, terror ordusu var” - FOTO

DAK rəhbəri: “Azərbaycanın qarşısında dövlət yox, terror ordusu var” - FOTO

Müəllif: Səma Zərdablı
//
Tarix: 19 oktyabr 2020
//
Bölmə: Sosial
DAK rəhbəri: “Azərbaycanın qarşısında dövlət yox, terror ordusu var” - FOTO


İşğal edilmiş torpaqlarını terroristlərdən almağa çalışan Azərbaycan xalqının qarşısında bir dövlət yox, terror təşkilatlarının yaratdığı, birbaşa mülki vətəndaşları hədəf alan və hər dəfə atəşkəsi pozan terrorçu ordusu var.
Bu barədə Dünya Azərbaycanlıları Konqresi (DAK) rəhbəri Asif Qurban “Sabah”a açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistanın belə davranışı, xain hücumları Azərbaycan xalqını təəccübləndirmir:
“Ermənistan 1905-ci ildə də oxşar hücumlarla xalqımıza qarşı soyqırım törətdi. İndi də eyni xarakterini göstərir. Ermənistanın arzusu bölgəni atəşə tutmaq, mülki sakinlərimizi raketlərlə vurmaq və Azərbaycanın Ermənistandakı mülki hədəfləri vurmasına nail olmaqdır. Ancaq Azərbaycan tarixində mülki insanları vurmaq və ya onlara hücum etmək olmayıb, olmayacaq da”.
A.Qurban əlavə edib ki, Azərbaycan müharibə yox, işğal altındakı torpaqlarını istəyir:
“Biz bizə aid olanı istəyirik”.

DAK rəhbəri: “Azərbaycanın qarşısında dövlət yox, terror ordusu var” - FOTO
DAK rəhbəri: “Azərbaycanın qarşısında dövlət yox, terror ordusu var” - FOTO
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125