Almaniyalı deputatlar Azərbaycanın işğal edilmiş ərazisinə qeyri-qanuni səfər ediblər
Almaniyalı deputatlar Azərbaycanın işğal edilmiş ərazisinə qeyri-qanuni səfər ediblər
Almaniya Bundestaqının və Landtaqın deputatları Xankəndiyə səfər ediblər.
“RİA Novosti”nin verdiyi məlumata görə, nümayəndə heyəti arasında Bundestaqın üzvü Şteffen Kotre, yerli parlament olan Landtaqın vitse-prezidenti Andreas Qallau və Landtaqın deputatı Andreas Kalbits olub.
Qeyd etmək lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərinə bu səfər tamamilə qanunsuzdur.
Alman deputatlar Xankəndini rəsmi Bakının icazəsi olmadan ziyarət ediblər. Bu isə təkcə Azərbaycan qanunvericiliyinin tələblərinə deyil, beynəlxalq hüquqa da ziddir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR