Bakıda yaşayan erməni qadın: ''Ermənilər öz uşaqlarını...''
57 ildir ki, Bakıda yaşayır. Burada məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində çalışıb.
Nelli Petrosyanın atası erməni, anası isə rusdur. Amma o, özünü əsla erməni hesab etmir. Çünki illərdir, yaşadığı Azərbaycanı özünə vətən seçib.
Qadının sözlərinə görə, erməni olduğunu oxuduğu məktəbdə, işlədiyi müəssisədə, hətta yaşadığı binada qonşuları bilsələr də, heç vaxt ona yad münasibət bəslənilməyib.
Nelli Petrosyan həmçinin əlavə edib ki, ermənilər öz uşaqlarını vəhşilik və yalan dolu tarixi məlumatlarla böyüdürlər.
Nelli Petrosyanı ən çox üzən isə hazırda döyüş bölgəsində baş verənlərdir. Onun sözlərinə görə, xüsusilə də Gəncədəki terror hadisəsi onu dərindən sarsıdıb. Bir ana olaraq orada baş verənləri vandalizm adlandırır:
"Gəncədəki terror sadəcə insanlığa sığmayan bir əməl yox, bütün dünyada qəbuledilməz bir hadisədir".
Metbuat.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR