Cəbrayıldan yeni görüntülər: Dağıntı, vəhşilik, geri dönməyəcəklərinə əminlik... - VİDEO
Xəbər verdiyimiz kimi, rəşadətli Azərbaycan ordusu keçirdiyi əks-həmlə əməliyyatı ilə bir sıra əraziləri işğaldan azad edib.
Baku TV uzun illər sürən düşmən tapdağından sonra Cəbrayılda çəkilmiş görüntüləri yayımlayıb.
Ermənistanın qanunsuz yerləşdirməsinin bariz nümunəsi olan kadrlardan aydın olur ki, buraya mülki sakinlər köçürülüb.
Lakin Azərbaycan ordusunun qalib gələcəyindən şübhə duymayan düşmən ölkənin vətəndaşları əməliyyatlar zamanı buranı tərk ediblər.
Görüntülərdən o da bəlli olur ki, onlar buraya geri dönə bilməyəcəklərindən əmin olublar. Elə ona görə də öz vəhşi, barbar xislətlərini ortaya qoyaraq, hər şeyi dağıdıblar.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR