» » Bakıda dəhşətli qəzada ölənlər tələbə olublar - YENİLƏNİB + FOTO/VİDEO

Bakıda dəhşətli qəzada ölənlər tələbə olublar - YENİLƏNİB + FOTO/VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 30 noyabr 2020
//
Bölmə: Sosial
Bakıda dəhşətli qəzada ölənlər tələbə olublar - YENİLƏNİB + FOTO/VİDEO


Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı ölən üç nəfərin şəkilləri yayılıb.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində ölən şəxslərin adlarını açıqlayıb:
“Azərbaycan Tibb Universitetinin üç tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb. Onların hamısı koronaviruslu xəstələr üçün modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.
Qeyd edək ki, dünyasını dəyişən Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin tələbəsi, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi, Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir”.

03.00

Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Məmmədov Tuncay Aslan oğlu idarəetməsində olan BMW markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Tahir Əlirzayev və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.

Qeyd edək ki, yaralanan və ölən 3 nəfər FHN-in Modul Tipli Tibb Mərkəzində tibb işçiləri kimi fəaliyyət göstəriblər. Onlar, həmçinin, Tibb universitetinin tələbələridir.
Bakıda dəhşətli qəzada ölənlər tələbə olublar - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda dəhşətli qəzada ölənlər tələbə olublar - YENİLƏNİB + FOTO/VİDEO

banner125x125 banner125x125