Tibb Universitetinin məzunlarının diqqətinə
Azərbaycan Tibb Universitetinin məzunlarına dövlət attestasiyası nəticələrinə görə müvafiq dərəcə və diplom verilə bilər
Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATU rektoru, akademik Əhliman Əmiraslanov 2014-cü ilin bakalavr, magistr və ali tibb təhsilinin baza tibb təhsili üzrə dövlət attestasiya komissiyasının rəhbərliyi və üzvləri ilə görüşüb.
Görüşdə Ə.Əmiraslanov dövlət attestasiyası nəticələrinə görə məzuna müvafiq dərəcə və diplomun verilməsi haqqında qərar çıxarılması, komissiyanın işinin nəticələri əsasında mütəxəssis hazırlığının təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənilməsi barədə müvafiq göstərişlər verib.
O qeyd edib ki, ATU-nun I müalicə-profilaktika, II müalicə-profilaktika, pediatriya və hərbi tibb fakültələrinin son kurs tələbələri arasında attestasiya imtahanları adi üsulla keçirilir. Tibbi profilaktika və tibbi biologiya, stomatologiya və əczaçılıq fakültələrinin məzunları isə kredit sistemi ilə təhsil aldıqları üçün test üsulu ilə kompüterlə imtahan verəcəklər. Bu zaman Azərbaycan Təhsil Nazirliyinin 1060 saylı 11 sentyabr 2008-ci il tarixli əmri ilə təsdiqlənmiş "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə"də göstərilən şərtlər əsas götürülür.
Qeyd edək ki, "Təhsil haqqında" qanuna uyğun olaraq ali təhsil müəssisələrində ayrı-ayrı əsas ixtisas fənləri və ali peşə təhsili proqramları başa çatarkən tələbələrin müvafiq olaraq həmin fənlər üzrə yekun və buraxılış yekun dövlət attestasiyasından keçirilməsi məcburidir. Bu, ali təhsil müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunmuş dövlət attestasiya komissiyaları tərəfindən həyata keçirilir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR