Açıq havada maska taxmaq ciyərlərə ziyandırmı?
"Bu günlərdə yoluxma sayı 4 mini keçib və hesab edirəm ki, test sayı iki qat olsa, say daha çox ola bilər. Yanımızdan keçən hər bir şəxs potensial koronavirus xəstəsi kimi görünür".
Qafqazpress.az xəbər verir ki, bu sözləri həkim-pulmonoloq Günay Əliyeva bildirib.
Onun sözlərinə görə, pandemiya dövründə əksi sübut olunana qədər hər bir hal COVID-19-dur və bu, bir qaydadır:
"Bu səbəbdən açıq havada da maska taxmaq məsləhət görülür. Maskalar insanları boğmur. Bu, psixoloji faktordur. Saturasiyanı yoxlasaq hər birimizidə maska halında belə 98-dir. Heç kimdə bu, nəfəs almağa mane olmur.
Sadəcə bir az hava quruluğu, boğazda qıcıqlanma və başqa şikayətlər ola bilər. Bunu da zatən yol gedərkən belə tək olduğun halda su içərək bərpa etmək mümkündür. Bu səbəb deyil, sadəcə bəhanədir. Ona görə, maska taxmağa davam etmək lazımdır.
Ola blər ki, koronavirusla bağlı peyvənd olduqdan sonra da bizim maskaya ehtiyacımız qalsın".
AzerForum
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR