» » Nazirlik: Ermənilər Füzulidəki Hacı Ələkbər məscidini dağıdıblar

Nazirlik: Ermənilər Füzulidəki Hacı Ələkbər məscidini dağıdıblar

Müəllif: Səma Zərdablı
//
Tarix: 07 dekabr 2020
//
Bölmə: Sosial


Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir.
Mədəniyyət Nazirliyindən Demokrat.az-a bildirilib ki, məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılıb.
Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.
1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala salınıb.
banner125x125 banner125x125