Bəzi tarixi abidələr əvvəlki görkəmini niyə itirir?
Tarixi abidələr ayrı-ayrı insanlar tərəfindən bərpa olunanda onların əvvəlki görkəminin saxlanılmasına bir o qədər əhəmiyyət verilmir.
Milli.Az EL TV-yə istinadən bildirir ki, bu mənada Ağdaşdakı məscidləri müqayisə etmək yerinə düşər. Belə ki, Ağdaşda 1893-cü ildə tikilən Hacı Məhəmməd Ağa Məscidi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa edilib. Ağdaş Rayon MTŞ-in TA üzrə baş mühafizəçisi Tahir Əhmədov bildirir ki, məscid binası tarixiliyini saxlayır. Hazırda binada Ağdaş şəhər Dini İcması yerləşir. Şəhərdəki digər bir məsciddə, Hacı Osmanda isə vəziyyət fərqlidir. Məsciddə təmir-bərpa işləri ayrı-ayrı şəxslər tərəfindən aparıldığı üçün burada tarixiliyin saxlanılmasına o qədər də fikir verilməyib. Hazırda Ağdaş rayonunda tarixi abidə kimi qorunan 5 məscid var.
QafqaPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR