» » 26 koronavirus xəstəsinə cinayət işi başlanılıb

26 koronavirus xəstəsinə cinayət işi başlanılıb

Müəllif: Səma Zərdablı
//
Tarix: 11 dekabr 2020
//
Bölmə: Sosial
26 koronavirus xəstəsinə cinayət işi başlanılıb


Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 10-da 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, onlardan 26 nəfəri evlərinə qayıtarılıb, 1 nəfər daha ağır COVID-19 xəstəsi isə xəstəxanaya yerləşdirilib.
Onlardan 26 şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
banner125x125 banner125x125