» » AD GÜNÜNDƏ ŞƏHİD OLAN BU OĞULU NECƏ YAZMAYIM?!

AD GÜNÜNDƏ ŞƏHİD OLAN BU OĞULU NECƏ YAZMAYIM?!

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 iyul 2014
//
Bölmə: Siyasət
AD GÜNÜNDƏ ŞƏHİD OLAN BU OĞULU NECƏ YAZMAYIM?!
AD GÜNÜNDƏ ŞƏHİD OLAN BU OĞULU NECƏ YAZMAYIM?!
AD GÜNÜNDƏ ŞƏHİD OLAN BU OĞULU NECƏ YAZMAYIM?!




İş otağımda oturmuşdum. Qapım döyüldü. Turan Əliyev planşet əlində otağama girdi. Gözləri qızarmışdı. Bildim ki, yenə də hansısa bədbəxt ananın faciəsinə ağlayıb. Susdum. Heç nə soruşmadım. Artıq onun xasiyyətinə bələd idim. Əlində planşet otağama girəndə bilirdim ki, mütləq bir şəhid haqqında nəsə deməyə gəlibdir. Xasiyyətimə bələd idi. İçəri keçdi və köks ötürərək: - Gülsüm xanım hər dəfə deyirəm ki, bir də sizi kövrəltməyəcəyəm. Amma ürəyimlə başarmıram. Axı bu oğulun hünərini sizdən necə gizlədə bilərəm. Bilirəm çox kövrəksiz. Amma əlimdə deyil. Çünki siz bu oğulların tanınması və yaddaşlarda qalması üçün kitablar yazırsız. Belə oğuldan yazın. Ondan nə qədər yazsan qurtaran deyil. Başqa heç bir söz demək istəmirəm. Gözlərinizlə görün və şahid olun. O zaman mənə haqq verəcəksiniz.
Susdum. Turana deməyə söz tapmadım. Bilirdim ki, onun tutduğu haqq yolu heç vaxt yanlış ola bilməz. Dürüst və həqiqətləri sevən həmyerlim heç vaxt nahaqdan kimsəni tərif etməz. Məramı və məqsədi haqq olan Turana oturmaq üçün yer göstərdim. Sonra əlində tutduğu planşetə baxaraq: - Aç Turan, aç görüm bu gün hansı ananın ahnaləsini gətirmisən. Aç Turan, aç görüm bu gün hansı nakam şəhidimi o planşetdə mənim iş otağıma gətirmisən.
Turan əlləri əsə-əsə həyəcanla planşeti açdı. 19 yaşlı bir Azərbaycan əsgərinin şəhidlik macarasını göstərərək dedi: - Gülsüm xanım baxın, bunu Sizdən gizlətmək olarmı?
Aqstafa rayonunun Dağkəsəmənli kəndində 1995-ci ilin 28 dekabrında Vaqif Qasımovun ailəsində bir oğlan dünyaya gəldi. Adını Sərxan qoydular. Adını atası qoysa da bəxtini taleyini Allah yazdı. Gəlişinə hamı sevindi. Ana ilə ata oğlu üçün hələ körpəlikdən xəyallar qurdular. Ayaq açıb gəzəcəyi günü xəyallarından ən ilki idi. Bu arzuları həyata keçdi. İkinci böyük arzuları Sərxanın əlindən tutub birinci sinfə aparmaları idi. Tanrı onların bu arzularını həyata keçirdi. Üçüncü arzuları son zəngi gözləmək və oğlunun əlinə attestat aldığı gün idi. Tanrı bu arzunu da onlara nəsib etdi. Arzuların axarıncısı olan kişilik məktəbi, hərbi xidmət idi. Allah valideynləri bu arzularına da çatdırdı. Amma valideynlərin sonsuz olan arzuları çox olsa da Tanrı onların bütün arzularına son qoydu.
Sərxan Vaqif oğlu Qasımov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşür. Onun üçün əsgər olmaq ən şərəfli bir peşə olacaqdır. Bunu son zəngdə əlinə mikrafon alıb oxuduğu mahnısında da sübut etmişdir.
Sərxan haqqında yazmaq qərarına gəldim. Onun ömüryolunu və keçdiyi əsgərlik tarixini açmaq, oxucularıma çatdırmaq mənim üçün bir vəzifə borcu idi. Mütləq onun ailəsi ilə tanış olmaq, Sərxanla bağlı xatirələrini öyrənmək istədim. Amma necə? Moskvadan Aqstafaya necə əlaqə yarada bilərdim. Bu zaman yenə də Turan köməyimə çatdı. Narahat olma, Gülsüm xanım. Mən əlimdən gələni edib, sizi bu ailə ilə görüşdürəcəyəm. Siz narahat olmayın. Lazım gəlsə lap hərbi hissə ilə də əlaqə saxlayarıq. Yetər ki, oğul dağı çəkmiş bu valideynlər az da olsa, oğlu haqqında kitabda yazılanlarla təsəlli tapsınlar.
Təsəlliyə bir bax, Allahım. Bir ana dağına bax Allahım. Bir ailəni necə imtahan edirsən. Oğul verib sevindirirsən və oğulu doğum günündə də torpağa qarışdırıb bir qarışda torpağı böyüdürsən. Hər şey sənin əlindədir, İlahi. Biz sənin əmrin qarşısında daim səcdə edib, şükür edirik. Bilirik sənin nəzərində hər şey vaxtlıdır. Amma çiy süd əmmiş insan üçün, bir ana üçün bala dağı çox ağır olduğundan təbii ki, onun üçün oğlunun ölümü vaxtsızdır. Heç bir ana, ata övladının ölümü ilə barışa bilmir. Yaman olur bala dağı. Sərxanın ad günündə dünyadan köçməsi onları için-için ağlatdı. Övlad dərdini heç nə ilə əvəz etmək mümkün deyil.
İlahi böyüklüyün qarşısında baş əyirəm. Təsəllimizə bir bax. Bir dəmir parçası. Ata oğulunun təsəllisini o dəmir parçasında tapacaqdır. Təmkinlə, əlini o dəmir parçasına uzadan ata vətənin şirinliyini və müqəddəsliyini çox gözəl başa düşürdü. Bilirdi ki, vətən dardadır. Vətəni qoruyan oğullara ehtiyacı var. Yaxşı bilirdi ki, vətən üçün ölmək şərəfdir. Oğlunun şərəfli ölümü ata üçün qürur idi, fəxr idi. Həyatın sonu onsuz da ölümdür. Baxır necə ölüm. Sərxan şərəfli və ölümlərin ən alisi olan şəhidlik zirvəsinə ucaldı. Onun ölümü Allah nəzərində ölməzlikdir. Vətən üçün ölən kəslər ölmürlər, onlar əbədi olaraq yaşayırlar.
Sərxan Allahın sevdiyi bir bəndə imiş. Doğum günündə dünyadan köçdü. Allah ona iki əziz günü elə qismət etdi ki, vətən üçün ölməyi belə gözə alan Sərxanı doğum günü özü şəhidliyi ilə təbrik etdi və bağrına basdı.
Allah bəndələrinə sual edər və deyər: - Dünyaya gələn körpə balanız üçün sevinirsiz, qurbanlar kəsirsiz. Gəlişini toy-bayram edirsiz. Onu sizlərə mən əta edirəm, mən qismət edirəm. Bəs mən verdiyimi öz dərgahıma aparanda niyə ağlayırsız. Axı o mənim əmanətimdir. Onu aparacağıma nədən göz yaşı axıdırsız.
Sərxan valideynlərinə Allahın əmanəti idi. Tanrı bu əmanətini ləyaqətli yaşatdı və onu xoş və gözəl hərəkətləri ilə yaddaşlara yazdı. Elə bu məqsədlə də onun xoş və yadda qalan xatirələrini yazmaq istəyirəm.
Dəfn mərasimindən: - Sərxanı son mənzilə yola salmağa gələnlər arasında Azərbaycanın müdafi nazirliyindən gələn heyət, rayon icra başçısı və yüzlərlə hökumət təşkilatları iştirak etdilər. O gün onun həm doğum gününü, həm də şəhidliyini qeyd etdilər. Şəhidliyin mübarəkdir deyənlər də az olmadı.
Sərxanın məzarı başına toplaşanlar nitq söylədi, onun haqqında xatirələr danışdı. Anası isə bala dağından evdə nalə çəkib Sərxan deyə harayladı. Neçə yol huşunu itirdi. Aylanda ətrafında balasının məclisinə yağışan insanları görəndə odlandı. Axı balamın bu gün doğum günüdür. Heç vaxt onun doğum gününə bu qədər insan toplaşmamışdı.
Ana hər dəfə ayılanda balasını səslədi. Gəl oğul, gəl. Ad gününə gələnləri gəl özün qarşıla. Sərxandan səs çıxmadı. Odlandı ana, təkrar huşunu itirdi. Sərxan ruhu anasının bu halına dözmədi. Anasının halsız yerə uzanan halına pərişan oldu. Ruhu ilə anasının alnından öpdü. Qalx ana, qalx. Mənim üçün ağlama. Vətən üçün ölmək şərəfdir. İncitmə özünü. Ayıl.
Ana oğlunu görüb onu qucaqlamaq istədi. Balasının al qırmızı qanı ananı qorxutdu. Sən yaralısan bala. Yaralarına qurban, bu dəqiqə yaranı sarıyaram. Təki yaralı olasan, yaşayasan. Otur, oğul, otur. İndicə yaralarını sarıyaram.
Sərxan ruhu anasının təlaşlı halına baxaraq: - Ay ana, bu yaralarımın dərmanı axirətdə şəfa tapacaq. Sən toxdaq ol. Allahın yazısı ilə barış.
Yazıq analarımız, onsuz da bala dağından yanıb kül olsalar da sonda dərdləri ilə barışırlar. Əllərindən nə gəlir ki?
Sərxan ruhu məzarı başındakılardan aralanıb anasının görüşünə getdi, onu təsəlli etdi və yenidən məzarı başına qayıtdı. İzdihamlı çıxışların hər biri onun şəninə deyilirdi. Dəmir parçası olan təsəlli ona verilən döş nişanı idi.
Dövlətimizin şəhidlərimizə verdiyi qiymət, şəhid ailələrinin qəlbinə təsəlli idi. Müdafiə nazirliyinin nümayəndəsi Vaqif Məmmədov Sərxanın döyüşdə düşmənlə üz-üzə vuruşunda mərd və cəsarətini nəzərə alaraq: - Azərbaycan Respublikasının Müdafiə Naziri geniral polkovnik Zakir Həsənov, Sərxan Vaqif oğlu Qasımovu hərbi xidmətdə fərqləndiyinə görə ölümündən sonra Üçüncü dərəcəli medalla təltif etmişdir. Vaqif Məmmədov çıxişı zamanı Sərxanı yetişdirən valideynlərə minnətdarlıq etmişdir. Sonra igidlik göstərən şəhidimizi torpağa tapşırmışdılar. Şəhidin üzərinə atılmış Azərbaycan bayrağını Vaqif Məmmədov şəhidin atasına verərək, onu bir daha səbrli olmağa çağırmışdı.
Yazıq ata son ümidi olan, bir kərə yüksələn bayraq bir daha enməz deyə bayraqı öpərək gözləri üstünə qoyaraq başına apardı və vətən sağolsun dedi.
Ata gözyaşlarını gizli-gizli içinə axıdırdı. Xalq qarşısında məğrur dayanmışdı. Dözümlü xalqıq deyən xalqın nümayəndəsi olan ata içində bala dağından odlanırdı.
Sərxanın həyatı 19 yaşında söndü. Ata ocağından bir ulduz əbədi olaraq axirətə köç etdi. Toysuz, heç bir nişanəsi olmadan. Sərxan ömrünün sonu dağ çəkdi doğmalarına. Sərxanlı günləri ananın yaralı köksünə köz basdı. Qulaqlarına Sərxanının səs gəldi. Gözləri qabağından Sərxanının canlı surəti heç çəkilmədi. O gün ana yaddaşından heç çıxmayacaq. Aləm toplaşdı həyətə. O gün Sərxan üçün üç yaddaqalan günün sorağına yığışmışdılar. O gün Sərxanın ad gününə şad gününə yığışdılar. O gün Sərxanın toy gününə yığışdılar. Qarmonun sədaları, qara zurnanın səsi həyətdə vaya çevrildi. Bəy otağına girməyən Sərxanı musiqi ilə o gün son mənzilə yola salırdılar. Bəy otağı qara torpaq, soyuq məzar olacaqdır. O gün kəfəni qana boyanmış qeyrət simvolu olan Sərxanın başı üzərində duz çörəyi axirətdə mələklər kəsəcəkdir.
Sərxanın həyatı 19 bahardan ibarət oldu. 19 bahar ona çox şeylər öyrətmişdir. Ona vətən sevgisi dərsini o qədər mükəmməl öyrətmişdi ki, o sevgi onu ölümə aparsa da ruhu belə inciməmişdi.
Cənazəsinin başına toplaşan ağsaqqal bir qoca üzərinə Azərbaycan bayrağı ortülmüş Sərxan üçün sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyovun Azərbaycan himninin sözlərini şeir kimi deyərək onu sanki bəy tərifi edirdi.
Bəli, Azərbaycan hər bir azərbaycanlı üçün şanlı vətəndir. Yolunda minlərlə can qurban oldu, sinələri hərbə meydan oldu. Vətən üçün şəhidlik zirvəsinə ucalan Sərxan da onlardan biri kimi o zirvədə yerini tutdu.
Dəfn mərasimində rayon icra başçısı *** çıxış edərək qeyd etmişdir ki, Sərxan hünəri ilə gələcək nəsillərin də yaddaşında qalacaqdır. Onun göstərdiyi döyüş şücaəti gələcək nəsillərə bir örnək olacaq və məktəblilər ondan nümunə götürəcəklər. Təbii ki, valideyn üçün oğul itkisi çox ağırdır. Lakin ağır da olasa həm də şərəflidir. O oğul ki, vətən üçün canından keçməyi bilir, deməli vətən sevgisi ona gendən, damarlarından süzülüb gələn qanından pöhrələnir.
Sonra icra başçısı bir ovuc torpağı şəhidin məzarı üstünə ataraq, ruhun şad olsun dedi.
Baxdığım bu dəfn mərasimi məni çox təsirləndirdi. Təkrar Turandan xahiş etdim ki, Sərxanın doğmaları ilə əlaqə yaratsın. Araşdırma zamanı məlum oldu ki, Sərxan kasıb bir ailənin övladıdır. O kasıb bildiyimiz Sərxanın içindəki dövlətdən heç kimin xəbəri olmadı. Onun ən böyük dövləti bütöv Azərbaycan idi. Onun ən böyük dövləti sərhədlərimizin bütövlüyü idi. Onun ən böyük dövləti işğal altında qalmış Qarabağ idi.
Sərxanın qanına əl bulaşdıran erməni! Sən insanlığını itirmiş bir heyvan qədər də yoxsan. İtə çörək atsan sənə dost olar. İyini neçə metrdən hiss edib qabağına gələr. Başını dizlərinə sürtər, halallıq istər. Erməni millətinə isə nə qədər yal versən də onun halallıqdan ağlı kəsməz. Çünki haramla yoğrulubdur mayası. Çünki onun qanı qarışıqdır. Çünki onun qanında kişilikdən əlamət olan bir kişi qanı yoxdur.
Sərxanın qısa ömrü yaddaşlarda qalacaq. Onun məzarını ziyarətə gələnlər ona rəhmət, onu vurana lənət oxuyacaqlar. İnsana bu dünyada iki sözdən biri qalır. Ya rəhmət, ya da lənət. Sərxan rəhmətlə axirət qapısını açdı. Erməni dağaları isə hər zaman olduğu kimi bundan sonra da lənətlə qarşılanıb, lənətlə də cəhənnəmə daxil olacaqlar.
Turanın sayəsində internetdə Sərxanın sinif yoldaşları ilə keçirdiyi son zəngdən olan bəzi fraqmentlərə baxdıq. Məzunlar bir-bir mikrafonda ürək sözlərini dedi. Sonra söz Sərxana verildi. O mikrafonu əlinə aldı. Sanki köksündən ağır bir daş asılmışdı. Elə bil ki, bu şənliyə içində ağlayırdı. Bəlkə də qəlbində öz-özünə utanırdı keçirilən son zəngə. Kim bilir bəlkə də xəyalən yüzlərlə şəhid olmuş məktəbli uşaqlar gözləri önündə canlanmışdı. Bax beləcə kədər dolu baxışlarla on bir illik sinif yoldaşlarını təbrik etdilər. Hər kəsin diqqəti Sərxana dikilmişdi. Müəllimləri təbəssümlə onun çatma qaşlarına, nurlu üzünə baxaraq alqışladılar. Qızların baxışları da nəzərimdən yayınmadı. Elə bil Sərxana dikilən gözlərdə nəsə bir nisgil var idi. Elə bil hər kəsin ürəyinə damıbmış ki, Sərxan ömrü qırılıb, tükənibdir. Baxışlar ağlıma çox şeylər gətirdi. Bilmirəm, ağlıma gələnləri necə anladım.
Sonra aparıcı Sərxanı ansambl ilə birlikdə musiqili meydana dəvət etdi. Demə bu oğlanda musiqi istedadı da varmış. Mikrafonu əlinə alan Sərxan hər kəsi musiqi qanadlarında uçundurdu. Hətta onun musiqi dili ilə dediyi bu sözü «Gedək Qarabağa bir salam verək» məni çox kövrəltdi. Oğrun-oğrun onu süzən qızlar bu sözdən elə bil onu itirmək qorxusu hiss etdilər. Çünki oxuduğu mahnının sözlərində Qarabağdan heç bir cümlə yox idi. O, cümlə Sərxanın daxili dünyasından gələn sevgidən irəli gəlmişdi. Özü cismən dostlarının arasında olsa da ruhən Qarabağa getmişdi. Müəllimləri onunla xatirə şəkilləri çəkdirdilər.
O gün Sərxanın oxuduğu məktəblə vida mərasimi oldu. Məktəblə bağlı xatirələri yaddaşlara həkk olundu. Artıq Sərxan həyatda yoxdur. Onun cismi ana torpağa qarışsa da ruhu bizlərlədir. Kim bilir bundan sonra Sərxanın məzarı başında neçə-neçə qız gəlib, göz yaşı axıdaraq gizli-gizli ağlayacaq. Kim bilir, bəlkə də sevdiyi də olubdur. Bəlkə hərbi xidmətə gedərkən sevgilisinə məni gözlə deyibdir. Kim bilir. Bunu Sərxanla sevgilisindən başqa kim bilə bilər. Şahidləri olan Allah hər şeyə şahiddir. Neçə-neçə qızlarımız sevgisinə qovuşmadan, vüsala çatmadan sevgilisini məzara gömdü. Bitmək bilməyən bu dərdlərimiz təkcə Sərxanın şəhidliyi ilə tamamlanmır. 1995-ci ildə doğulan neçənci əsgərdir ki, məzara gömülür. Atəşkəs rejiminə əməl etməyən alçaq düşmən iyrənc əməlindən hələ ki, əl çəkmir.
Ağlama, şəhidimin anası, - məğrur dayan. Sənin dünyaya gətirdiyin oğul, ailənə, nəslinə, millətinə başucalıq gətirdi. Sənin dünyaya gətirdiyin oğul, Vətənin şirinliyini dərk edərək, darda olan Vətənin müdafiəsində kişi kimi dayandı. Ağlama şəhidimin anası, oğlun Sərxanın cəsədi torpağa qarışsa da ruhu hər zaman səninlədir. Hər an, hər saniyə səninlə bərabər addımlayır. Ağlayıb göz yaşlarınla onun ruhunu incitmə. Qəhrəmanlıqla ölmək insana əbədi həyat qazandırır. Sənin dünyaya gətirdiyin, ciyərparən, Sərxanın qəhrəmanlıqla şəhid oldu. Ad günündə döyüş meydanında düşmənlə vuşuşan oğul, bəyəm qəhrəman deyilmi?!
Ağlama şəhidimin anası. Əsl igidlik döyüş meydanında bilinir. Oğlun igid olmasaydı ad günü bir yolla icazə alıb evə gəlməyi bəhanə edərdi. Amma o darda olan ən böyük anası Vətəni səndən də üstün tutdu. Vətənin müdafiəsi üçün ad gününü unutdu. Sənin oğlun bilirdi ki, sən onu hər an bağışlayarsan və o olmasa da ad günü keçirərsən. Amma onu da bilirdi ki, darda olan Vətəni buraxıb ad günü keçirməyə getsə Ana Torpaq onu bağışlamaz. Başını dik tut, şəhidimin anası. Bunları dərk edən sənin oğlundur. Məğrur dayan, çünki bu oğula süd verən ana, sənsən.
Cəsarət heç bir anın sarsıda bilməyəcəyi enerji meydanıdır. Bu meydanda ya ölürsən, ya da ölümdən qorxub düşmən qabağından qaçırsan. Bu yolda ölənlərə kişi deyirlər, bu yolda ölənlərə qəhrəman deyirlər. Bu yolda ölənlərə mərd, cəsur, qeyrətli, igid deyirlər. Ağlama şəhidimin anası sənin oğlun bu sadaladıqlarıma aiddir. Sənin oğlunun adı çəkilən yerdə barmaqla səni göstərib deyəcəklər: - Baxın o qadın Sərxanın anasıdır!
Dünyaya erməni gətirən erməni anası! Çaqqal da dünyaya övlad gətirir, tülkü də. Sənin dünyaya gətirdiyin övlad insan ola bilməz. Çünki sən özün tülkü kimi hiyləgər, çaqqal kimi orda-burda sülənən bir heyvansan. Sən heç vaxt dünyaya igid gətirə bilmərsən. Sən yalnız böyük dövlətlərin sayəsində tarakan kimi inkişaf edib, onlara nökərçilik etməkdən başqa bir şeyə yaramırsan. Siz ermənilərin etdiyi günahların ölçüsü nə saya, nə çəkiyə gəlməz. Lənətə gələsiniz. Tökdüyünüz qanların cavabını cəhənnəm əzabı ilə ödəyəcəksiniz. Cəhənnəmdə cənnətdən boylanan şəhidlərə yalvarıb, Allahdan əfv olunmağınızı onlardan istəyəcəksiniz.
Qısa da olsa namusla, səmimiyyətlə keçən ömür, uzun sürən, lakin yalan və riyakarlıqla keçən şərəfsiz ölümdən qat-qat üstündür. Sərxan ömrü qısa keçsə də şərəfli və mənalı ömür oldu. O ömür sonsuzluğa aparan ömürdür. O ömür əbədiyaşar ömürdür.
Sərxanla çiyin-çiyinə vuruşan döyüş yoldaşları daim onun haqqında xoş xatirələr danışacaqlar. Hətta əsgər yoldaşlarından kimsə öz oğluna Sərxanın adını verib deyəcək: - Sərxan çox qoçaq oğlan idi. Mənim də oğlum Sərxan kimi qorxmaz və mərd olsun. Hər zaman Sərxan adını uca tutsun.
Sərxanın adı dillər əzbəri olaraq nəsildən-nəsilə keçəcək. Kənd camaatı öz övladlarına Sərxan hünərindən danışarkən deyəcəklər: - Cəsur oğlan idi. 19 yaşında öz doğum günündə dünyadan köçdü. Müəllimləri isə hər dəfə sinifə girəndə Sərxan oturan partaya baxaraq deyəcəklər: - Bu partada Sərxan oturardı. Çox ağıllı və dərslərində davamiyyətli, əxlaqlı və tərbiyəli oğlan idi. Əziz uşaqlar çalışın Siz də Sərxan kimi, vətəni, xalqı, eli sevə bilin. Onu kimi torpaqlarımızın qədrini bilin. Siz hər biriniz fəxr etməlisiniz ki, Sərxanın təhsil aldığı məktəbdə təhsil alırsınız.
Bəli, Sərxan Vətən üçün canından keçdi. Vətən sağ olsun!
1 may 2014-cü il. Bir vaxtlar bu günü Həmrəylik Bayramı kimi qeyd edərdik. Hər kəs bir-birini təbrik edər, milli geyimlərdə parada çıxardıq. Bu bayram bizə rusiyadan keçmə bir miras idi. Artıq o günlər keçmişdə qaldı. Ayın təqvim günləri isə hər zaman olduğu kimi bu gün də davam edir. Bəli, 1 may 2014-cü il. Sərxanın doğmalırı ilə biz bu gün əlaqə yarada bildik. Turanla birlikdə Vaqif atanın qaysaq bağlamamış yarasının közünü qopardıq. Göz yaşlarını saxlaya bilməyən ata təmkinli olmağa çalışsa da bacarmadı. Çünki ət dırnaqdan ayrılmışdı, ata baladan. Vətən üçün şəhidliyin nə qədər uca olduğunu bilən ata ciyərparəsinin hər dəfə yatdığı çarpayısına baxanda neçə yol odlanır. Amma nə etmək olar. Alın yazısında Vaqif atanın Sərxanı üçün şəhidlik zirvəsi yazılıbmış. O zirvə həm qürurlandırır, həm də ağladır.
Sərxanın ansı Aidə xanımla telefonda danışmaq mənim üçün də çox ağır oldu. Bala dağı çəkiş 39 yaşlı bir ananın dağını bölüşmək doğrudan da ağır idi. Saçları ağarmış, sonbeşiyinin nakam şəhidliyinə qatlaşmağa çalışan ana dağını görmək, köks ötürərək göz yaşları içərisində ağlayaraq Sərxanının həyatından danışmaq çox da asan deyildi. Ömür yolu ad günündə kəsilmiş bir balanı ana necə dilinə alıb ondan xatirə danışacağını belə deməyə çətinlik çəkdi. Ürəyi parçalandı. Üzünün nuru göz yaşlarına sanki deyirdi: - Toxdaq ol, Şəhidimin anası.
Aidə xanımın dediklərindən: - Sərxan evimin sonbeşiyi idi. İlk övladımız qız, ikinci oğlumuz isə oğlan oldu. Üçüncü övladımız da oğlan oldu. Onu tanrı bizə göz dağı verdi. Doğum günü əlimizdən alıb öz dərgahına apardı. Bilmirəm nədəndir. Sanki Sərxan özü də şəhidliyini bilirmiş kimi, heç kimin qəlbinə dəyməz, hər kəslə səmimi dolanardı. Özünü qonaq kimi aparardı. Uşaqlıq illəri də çox istiqanlı, hər şeyin yerini bilən idi. Ərköyünlüyü yox idi. Musiqi məktəbində muğam təhsili almışdı. Hətta tədbirlərdə də iştirak edərdi. Fəxri diplomlara da layiq görülmüşdü. Muğam həvəskarı idi. Muğamla insanları ovsunlayardı. Vətənpərvər muğamlar oxumağa üstünlük verərdi. Arzusu hərbi xidmətdən sonra öz sənətini davam etmək idi. 2013-cü ilin 14 yanvarında hərbi xidmətə yola düşdü. 2013-cü il doğum günü 28 dekabrda balamı torpağa tapşırdıq.
Aidə xanımın göz yaşları elə mənim də bağrımı parçaladı. Onunla skaypda əlaqəni kəsməli oldum. Ana nalələrini dinləmək doğrudan da çox ağırdır. Bir vaxtlar oğlunun xanəndə kimi tanınacağına fəxr edən bir ananın oğlunu tanrı başqa bir sahədə məşhur etmişdi. Vətənin bütövlüyü uğrunda şəhid olmuş Sərxan tez bir zamanda dillər əzbərinə çevrilmişdi.
Dağına qurban olum Aidə xanım. Təsəlli verə bilmədim Sizə. Yaran o qədər ağırdır ki, balanın torpağı hələ də soyumayıb. Ruhu hələ də ata ocağındadır. Arzuları ilə yaddaşınızda acı xatirə buraxdı. Çətindir, bilirəm, amma hər şey Allahın əlindədir. Üzülmə. Çətindir, çətin olduğu qədər də şərəflidir. Təkrar Aidə xanımla söhbətimə davam etməyə başlayıram. Onun dilindən eşitdiklərimi qələmə almaq üçün yenə də nəsə soruşmaq istəyirəm.
Sərxan qısa ömründə rayonda toy şənliklərində, kiçik toylarda, ad günlərində oxuyar və hər kəs tərəfindən sevilərdi. Hal-hazırda onun toylarda oxuduğu toy kasetləri var. Onlar az da olsa təsəllimizdir. Atası Sərxanla fəxr edərdi. Özü toy şənliklərində musiqiçilərə yaxınlaşıb onun oxuması üçün şərait yaradardı. Məqsədi toylarda deyil, musiqi təhsili alıb, irəli getmək idi. Qismət onu bir neçə toylarda sınaqdan çıxarıb, ömrünü tamamladı.
Son zəngdə hamı onunla şəkil çəkdirdi. Elə bil hər kəs onu xatırlamaq üçün xatirə şəkilləri çəkdirirdi. Çox ciddi oğlan idi. Mənə deyirdi ki, ana mənim dalımca düşmə. Mən oğlanam. Qızların dalınca ana düşər, nəzarət edər. Mənim ağlım kəsir, öz yolum, öz arzum var, Sizə başucalığı gətirərəm. Narahat olmayın.
İndi onun sözlərini düşündükcə öz-özümə ağlayaraq deyirəm: - Sən istədiyindən də qat-qat artıq bizlərə baş ucalığı gətirdin, oğul.
Sərxanın xidmət etdiyi bölkədə aprel ayında olmuşduq. Yanına getməyə bizə icazə vermirdi. Elə hey deyirdi ki, mən qız deyiləm.
Bir gün qonşu oğlu məni çağırdı və əlimdən tutub 5-6 evə qabağa apardı. Nə olub deyə soruşa-soruşa qalmışdım. Sürprizdir deyərək məni çəkib aparırdı. Bir də baxdım ki, əsgər paltarında bir oğlan uşaqlarla söhbət edir. Çevriləndə gördüm ki, oğlum Sərxandır. Qucaqlayıb öpdüm. Dedim a bala niyə xəbərsiz gəlmisən? Dedi təmtəraqı sevmirəm. Demə elə o vaxtı da evə ön cəbhədən gəlirmiş.
Böyük oğlum da əsgər idi. Hər ikisi əsgər olduğuna görə iki qardaş neçə vaxt idi bir-birini görmürdülər. Nəhayət böyük oğlum hərbi xidməti bitirib evə gəldi. Onun üçün gəlişinə qonaqlıq etdik. Lakin Sərxan gələ bilmədi. Çünki o avqust ayında məzuniyətə gəlmişdi. Dekabrın 26-da oğlum Orxan Sərxanın xidmət etdiyi yerə getdi. Onun üçün həm ad gününə, həm də yeni ilə bayram sovqatı hazırlayıb oğlumla göndərmişdim. Tapşırmışdım ki, mütləq şəkillərini çək gətir. Nəhayət oğlum qayıdıb gəldi. Həvəslə şəkillərinə baxmaq istədim. Dedi ki, hava tutqun olduğuna görə şəkillər çəkmədim. Ertəsi gün qızımgilə getməli olduq. Yenicə çatmışdıq, kənd sovetindən yoldaşıma zəng vurub harada olduğumuzu soruşdular. Bu zaman Vaqif dedi ki, qızımgilə gəlmişik. Bilmirəm nə danışdılar. Sonra Vaqif telefonu bağlayıb dedi: - Hazırlaşın gedirik. Soruşdum ki, nə olub? Cavab verdi ki, kənd sovetindən xəbər verdilər ki, evə qayıdın, Sərxan yaralanıbdır, indicə onu evə gətirəcəklər. Bu xəbərə ağladım, dedim axı Sərxan arxa cəbhədədir, o necə yaralana bilər? sonra qaynanama da xəbər etdik, o da məni kimi ağlayaraq, həyəcanla dedi: - Arxa cəbhədə adam necə yaralana bilər.
Allah bilir biz o yolu necə həyəcanla qayıtdıq. Kimə zəng vurduqsa telefonumuza cavab vermədi. Dedim balamı evə yox, de, - hərbi hospiala aparsınlar. Yaralı balamı evə niyə gətirirlər?
Ağlaşma ilə evə çatdıq. Həyətimizə yaxınlaşanda insan axınını görüb çaşbaş qaldıq. Demə balamın cənazəsin gətiriblərmiş. Sonrasından xəbərim olmadı. Balamı doğum günü torpağa verdilər.
Ayılanda oğlumun yaxasından tutdum: - Mənə doğru cavab ver, qardaşın harada xidmət edirdi? Oğlum başını sinəmə qoyub ağlayaraq: - Ana qardaşım beş ay snayper kursu keçib, Tərtərin Çaylı kəndində düşmənlə üz-üzə vətəni qoruyurdu. Səhradaca apardıqlarımdan bir neçə loxma yedizdirə bildim. Diqqəti düşmən tərəfdə idi. Bu zaman atışma başlayır. Sərxan qardaşına deyir ki, təcili buranı tərk elə. Məndən ötəri də darıxmayın. Anama bu barədə bircə kəlmə də demə. 4-5 ayım qalıb, qorxulu heç bir şey də yoxdur. Bir neçə şəklini çəkmək istədim, heç şəklini də qoymadı çəkim. Dedi anam görüb darıxmasın. Oğlun bu cür mərddir ana. Bu qədər vaxtı ön cəbhədə olduğunu bilməmişik.
Heç vaxtı pul istəmədi, gedəndən sonra bircə dəfə corab istəmişdi. Qardaşından bir neçə dəst corab göndərdim. Bu mənim oğlumun xidməti zamanı ilk və son istəyi olmuşdu. Şəhidliyi də məzuniyətə gəlişi kimi bixəbər olan Sərxan bizim yaddaşımıda əbədi olaraq yaşayacaqdır.
Süleymanova Yamən Hüseynalı qızı, Aqstafa rayon Dağkəsəmən kənd 1 saylı otra məktəbinin ibtidai sinif müəlliməsinin dediklərindən: Sərxan haqqında danışmaq çox çətindir. Onun davranışı hələ də gözlərimin önündən getmir. Ağıllı və sakit oğlan idi. Hər dəfə dərsə çağıranda utanar başını aşağı salardı. Dərslərindən orta qiymət alardı. Davranışı ilə bütün uşaqlardan fərqlənərdi. Musiqi dərslərində musiqiyə olan marağı müəllim kimi dəqqətimi çəkərdi. Uşaqlar bizim gələcəyimizdir deyirlər. Sərxan da bizim məktəbin sayılıb seçilən oğlu kimi səsi ilə yaddaşlarda qalacaqdır. Amma zaman hər şeyi bircə anın içərisində dəyişdi. Onu şəhidliklə yaddaşlara yazdı.
Hər dəfə sinifə girəndə onun oturduğu partaya baxanda kövrəlirəm. Elə bilirəm ki, mənim kövrəldiyimi şagirdlərim də hiss edir. Elə ona görə də hər dəfə sinifimdə oxuyan uşaqlara deyirəm: - Mənim balalarım, vətənimiz dardadır şəhid oğullarımızın sayı-hesabı yoxdur. Mənim də təhsil verdiyim, əlindən qələm tutub hərf yazmağı öyrətdiyim şagirdim şəhid oldu. Bir müəllim üçün şəhid şagirdinə ağlamağın nə qədər çətin olduğunu müəllim olanlar bilərlər. Bəli, şəhidlik zirvədir. Mənim şagirdim Sərxan o zirvəyə qalxdı. Hər birimizin ümidi onun üçün başqa idi. Lakin onun musiqiyə olan marağı elə bil daşa dəydi, göyərmədi. Siz şagirlərimə şəhidlik yox, siz şagirdlərimə Sərxan kimi mərd, qorxmaz, cəsur olmaq arzu edirəm. Onun cəsurluğunun biri də döyüş meydanında düşmənlə üzbəüz olduğu bir halda, bunu bütün ailə üzvülərindən gizlədə bilmişdir. Bəli, elə əsl kişilik, qəhrəmanlıq da budur.
Sərxanın sinif rəhbəri Nəbiyev Yeganə Mikayıl qızının dediklərindən: - Sərxanın beşinci sinifdən sinif rəhbəri olmuşam. İxtisasca coğrafiya müəlliməsiyəm. Hər gün sinif rəhbəri olduğum sinifə girəndə uşaqlarla vətənpərvərlik mövzusunda söhbət salardım. Azərbaycanın corafi iqlimini onlara başa salmağa çalışırdım. Şagirdlərim maraq dolu suallar verər və dolğun cavab almağa çalışardılar. Sərxan da çox diqqətli oğlan idi. Onun vətənpərvər olması mənim hər dəfə diqqətimi çəkərdi. Beşinci sinifdə oxuyarkən artıq öz yolunu seçmişdi. Musiqiçi olacağına söz vermişdi. Səhər orta məktəbə günortadan sonra isə musiqi təhsili almaq üçün Aqstafa rayon Hüseyn Arif adına məktəbə gedərdi. Orada muğam şöbəsində təhsil alırdı. Eyni vaxtda həm attestat, həm də diplom almışdı. Bütün şənliklərimizdə şənliyə rəng qatardı.
Müəllimlər üçün şagirdlər əzizdir. Onların xoş sədası bizi sevindirdiyi kimi, kədərləri də bizi üzür. Sərxan yaddaşımda kədərli məqamlarla qaldı. Arzuları sönməz idi. Lakin sönməz olan arzuları şam işığı kimi qısa oldu. Sinfdə bir qız sevirdi. O qədər həyalı idi ki, onların sevgisini kimsə hiss etmirdi. Bu xəbəri mənə çatdıranda biranlıq yerimdə dondum. Əslində inanmadım. Elə bildim yalnış məlumat ola bilər. Lakin gerçəklər göz qabağında idi.
Sərxanın məktəb illəri kino lenti kimi gəlib gözlərim önündə canlandı. Onun da fotosu başqa şəhidlər kimi xatirə lövhəsində cərgələnib asıldı. Şəhidlik nə qədər zirvə olsa da, o zirvə hər birimiz üçün bir insan itkisidir. O zirvə bizim üçün üzücüdür. Torpaq işğaldadırsa, şəhidlərin qanı nahaq axıdılır. Mənfur düşmən atəşkəs rejiminə əməl etmir. Bizim xalqın qeyrətli oğulları çoxdur. Onlar müharibə əmrini gözləyirlər. Müharibə əmri olsa, bizim oğullar Yerevana qədər gedə bilərlər. Lakin mərhəmət hissi ürəyimizi çox incidir. Çünki qan töküb insan həyatına son qoymağı Allah yanında günah sayırıq. Sərxan musiqiçi olsa da vətən üçün müsəlləh əsgər oldu. O musiqisini snayperlə əvəz etdi. O səsini öz içində boğdu. O, müharibənin nə olduğunu görəndən sonra bəlkə də musiqidə öyrəndiklərini də unutdu. Belə olmasaydı o şəhid ola bilməzdi. Sərxan bizim üçün yaşayır. Onu vuran erməni alçaqları isə gündə neçə dəfə lənətlənir. Allah Sərxana və eləcə də respublikamızın bütün şəhidlərinə rəhmət eləsin.
***
Bir şəhid nənəsi ağlatdı məni. Nəvə yoxluğuna sümükləri yanan bir nənənin fəryadı göynətdi məni. Uzaq məsafədən mənimlə görüşmək üçün skaypda göz yaşı axıdan nənənin acı göz yaşı incitdi məni. İlahi sənin böyüklüyün qarşısında baş əyirəm. Hər dəfə evdən çıxıb Moskvaya üz tutanda ürəyimdə dualar edib, Allahımla danışıram. Evdən, övladlarımdan, nəvələrimdən qohum-əqrəbadan və ən nəhayət vətənimdən uzaqlaşmağın nə qədər çətin olduğunu hiss edərək Moskvaya üz tuturam. Hər dəfə də dönmək arzusu ilə gedirəm. Çıxarkən Allahıma ailəmi, doğmalarımı, vətənimi əmanət edib çıxıram. Allahıma son əmanətim öz canım olur. Öz canımı Allahıma əmanət edib deyirəm: - Allahım sən böyüksən, yerin-göyün sahibi sənsən. Yerdə və göydə nə varsa sənə əmanətdir. Səndən etibarlı, səndən səxavətli, səndən güclü, səndən qiymətli, səndən dəyərli kimsə ola bilməz. Sən xeyanət etmərsən. Sən sənə etibar olan əmanəti heç vaxtı bəndə yanında xəcil etmərsən. Bu dualarla evdən çıxıb üz tuturam Moskvaya. Ən çətin məqamlarda, avtomobil qəzalarından və s. çətinliklərdən çox rahatlıqla çıxıram. Bilirəm ki, Allah məni öz himayəsində saxlayır. Qürbətdə hər cür xəta və bəlalardan gözəgörünməz Allah müdafiəçimdir. Yerdə isə mənə hər zaman dəstək olan Allahın sevdiyi bəndəsi Hacı Seyran dayaq durur. Bu düşüncələrimi əbəs yerə yazmadım. Bir nənənin faciəsi məni incitdi. O nənənin vətəndən qürbətə səslənən səsi ağlatdı məni. Görüşdüyüm bütün şəhid anaları, nənələri məni ağladıb. Onların hər birində vətən sevgisi gördüm. Onlarda olan qeyrətə qürur hissi keçirmişəm. Bilmişəm ki, vetən sevgisi onların qanındadır.
Qotaz nənə, telefondakı nəvə nalən mənim sinəmə dağ çəkdi. Sözlərini çox çətin anlayırdım. Mən də insanam. Mənim də kövrək qəlbim var. Bu mövzulardan yazmaqdan ürəyim sanki bir sapdan asılı qalıbdır. Yaman üzülübdür ürəyim. Sizlərin dərdiniz bəyəm mənim dərdim deyilmi? Dərdlərinə qurban olum, Qotaz nənə. İstəmirəm kimsə mənə desin sənə qurban olum. İstəmirəm kimsə mənə desin bala, barmaqlarına qurban. İstəmirəm kimsə mənə desin ki, balama yanan ürəyinə qurban olum. Doğrudur, mən hər bir şəhidə ürəkdən yanaşıram. Onların acı taleyini, nakam həyatını göz yaşları ilə qələmə alıram. Bu mənim də borcumdur. Həyatımda ilk dəfə bir şəhid ailəsi məni başqa cür ağladıb. Onların laqeydliyi və nankorluğu sinəmə dağ çəkib. O vaxtdan mənim əlim qələmə yatmır. O vaxtdan ürəyimin gücü çəkilib. O gündən o şəhid yuxularıma gəlib məndən dəfələrlə üzr istəyibdir. O şəhidin adını çəkməyəcəyəm. O şəhidin qardaşlarındakı laqeyidlik məzarda da yaddaşımdan çıxmayacaq. Qotaz nənə, dediklərinin bir hissəsini qələmə alıram.
Qasımova Qotaz Tahir qızı. Sərxanın nənəsi: Sərxan iki yaşında sarılıq xəstəliyi keçirmişdir. Onun hər cür zəhmətini çəkmişdim. O zaman çox çətin illər yaşayırdıq. Tək çətin yaşayan bizlər deyildik. Hamı bizim kimi güclə öz köçünü sudan çıxarırdı. Sərxanda dammar genişlənməsi var idi. Həkimlər onun əsgər getməsinə icazə vermədilər. Bu xəbəri eşidən Sərxan ağladı. Mənə yaxınlaşdı və dedi: - Nənə mən mütləq əsgər getməliyəm. Əks halda intihar edərəm. Kimsə mənim xəstə olduğumu bilməməlidir. Doğrusu onun bu halına mən də ağladım. Sonra onunla birlikdə hərbi hissəyə gəldim. Mənə dedilər ki, əməliyyat olunsun, sonra əsgərlik işi də öz yoluna düşər. Sərxan ağladı və dedi ki, ya özümü asaram, ya da əlimi toka vurub özümü öldürəcəyəm. Odur ki, çarasiz qalıb həkimlərdən xahiş etdim ki, onun sənədlərini sağlam yazın. Hərbiyə yararlı olduğunu qeyd edin. Hətta həkimə yoxlanışa gedəndə nəzir dedi. Yalvardı ki, mən əsgər gedəndən sonra mənim nəzrimi aparıb məscidə qoyarsan.
Nəhayət onu təkrar yoxladılar və həmin sənədi əlinə aldı. Əsgər getdi. Sevincdən bilmirdi nə etsin. Həyatda onu bu qədər sevinən görməmişdim. O əsgər gedəndən sonra mən məscidə nəzir qoydum. Nəzir qoyanda qayıtmasına də nəzir ayırdım. Hətta evdə dedim ki, həyatdır, bilmək olmaz, onu görmək mənə qismət olmaz, mənim nəzrimi mütləq məsciddə qoyarsız.
A qızım, mən bu nəvə üçün necə ağlamayım. Sərxan sinəmə dağ çəkdi.
Sərxanın sinif yoldaşı Yusifov Rahib Vidadi oğlunun dediklərindən: - Dost sözü çox ağırdır. Sərxanla aramızda olan dostluq beşinci sinifdən başlamışdı. Onunla maraqlı günlərimiz yaddaşımda qalıbdır. Mərd və sözündə bütöv oğlan idi. Hər kəs onun adını hörmətlə çəkərdi. Bəzən kəndin ağsaqqal və ağbirçəkləri onun haqqında belə deyərdilər: - Vaqifin oğlu həyalı oğlandır. Allah saxlasın.
Elə bizim də ailəmiz onun haqqında bu sözləri deyir. Mən Sərxanın şəhidlik xəbərinə çox üzüldüm. Bu gün də təsirlənirəm. Dost itirmək çətindir. Sərxan kimi dostu itirmək, onu görmək istəyəndə məzarlığa üz tutmaq, məzarı ilə danışmaq ağırdır. Gözlərim onu hər yerdə axtarır. Elə bilirəm ki, hələ də hərbi xidmətdədir, bir gün gələcək. Ümidlə öz-özümü aldadıram. Allah onun valideynlərinə səbr versin.
Kövrək anlarımızı yaşaya-yaşayaq Sərxanın acı və üzücü taleyini qısa da olsa qələmə aldım. Qeyrətli el oğlumuz Turanla birlikdə Aidə xanımın göz yaşlarına ağladıq, üzüldük. Lakin nə qədər üzülsək də bir ananın oğul istirabını o anaya unutdura bilmərik. Sərxanın taleyinə acıyan, bir ana kimi göz yaşı axıdan Tərlan xanım da ona təsəlli verməyə çalışdı. Lakin qəhər onu boğdu, sözlərini tamamlaya bilmədi.
Aidə ana, bilirik bala dağı acı olur. Bizim yazdıqlarımız da bir təsəllidir, lakin bir ömürboyu çəkəcəyin bala dağına biz yalnız təsəlli ola bildik. Allah səbr versin. Səbrli insanları Allah da sevir. Dərdi də elə şükr edənə verir, - Tanrım. Başını dik tut, oğlun vətən yolunda şəhiddir. Sərxanı hələ bundan sonra neçə-neçə oğullarımız yad edəcək və onun ömür yolunu izləyəcəklər. Ona dərs deyən müəllimlər hər dəfə sinifə girəndə şagirlərinə Sərxan haqqında danışaraq deyəcəklər: - Sərxan bu məktəbin nümunəvi şagirdi idi. O, elə bir iz qoydu ki, onun qoyduğu iz yaddaşlarda qalacaq. Oğul odur ki, vətən üçün ölməyi bacarır.
Sərxan igidliyi ilə yaddaşlarda qaldı. Eyni zamanda düşmənlə ön cəbhədə ola-ola arxa cəbhədə xidmət edirəm deyib ailəni inandırmağa çalışması əsl kişilikdir.
Bəli, düşmən bir oğlumuzu da snayperlə hədəfə aldı. Onu sağ gözündən nişan aldı. Sağ gözündən beynini yarıb çıxan güllə Sərxan ömrünü əbədi susdurdu. Cəsədi torpağa, ruhu göylərə qalxdı. Yaddaşlara yazıldı. Tarix Sərxanan cəsarətini tarixə əbədi olaraq yazdı və Sərxanı əbədi olaraq yaşadacaqdır. Düşmən isə hər zaman olduğu kimi, iyrənc və terrorçu kimi nifrətlə dillərdə qarquşa, naləyə çevriləcəkdir.





QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125