Şəhid Şirxan Xaməmmədovun anası: “13 aydır övladımı görmürdüm, görüşümə bayraqda gəldi” - MÜSAHİBƏ + FOTO
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalananlardan biri də kəşfiyyatçı Şirxan Xaməmmədovdur.
Qəhrəmanımız 1998-ci ildə Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. 22 yaşlı Şirxan uşaqlıqdan hərbçi olmaq istəyib və ailəsinin dəstəyi ilə o öz arzusuna çatıb. Vətən müharibəsinin ilk günlərindən vuruşan Şirxan Xaməmmədov Şuşa istiqamətindəki döyüşlərə qədər qəhrəmancasına vuruşaraq 30 ilə yaxındır düşmən işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad edib.
Oğlu ilə bağlı son xatirələrini Oxu.Az-a danışan Xanməmməd Xaməmmədov onunla fəxr etdiyini deyir.
Şəhid atası deyir ki, Şirxan ailənin tək övladı olub: Virtual karabakhyuxarı
Şəhid Şirxan Xaməmmədovun anası: “13 aydır övladımı görmürdüm, görüşümə bayraqda gəldi” - MÜSAHİBƏ + FOTO
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalananlardan biri də kəşfiyyatçı Şirxan Xaməmmədovdur.
Qəhrəmanımız 1998-ci ildə Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. 22 yaşlı Şirxan uşaqlıqdan hərbçi olmaq istəyib və ailəsinin dəstəyi ilə o öz arzusuna çatıb.
Vətən müharibəsinin ilk günlərindən vuruşan Şirxan Xaməmmədov Şuşa istiqamətindəki döyüşlərə qədər qəhrəmancasına vuruşaraq 30 ilə yaxındır düşmən işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad edib.
Oğlu ilə bağlı son xatirələrini Oxu.Az-a danışan Xanməmməd Xaməmmədov onunla fəxr etdiyini deyir.
Şəhid atası deyir ki, Şirxan ailənin tək övladı olub:
“Oğlum uşaq vaxtından hərbçi olmaq istəyib. Arzusunu da gerçəkləşdirib. Komandirləri danışır ki, mərd, igid əsgər olub. Oğlum cəsarəti ilə hər kəsdən seçilirdi. Mən balamla fəxr edirəm. Əsgər yoldaşları danışır ki, Şirxan tək başına 30-a yaxın ermənini məhv edib. Oğlum Xüsusi təyinatlılarda snayper olub. Əsgər yoldaşlarının bir neçəsinin həyatını xilas edib. Komandiri deyir, cəld əsgər olub. Oğlumu təkrar görmək, qələbə sevincini onunla yaşamaq nəsib olmadı, amma bütün xalqımız şəhidlərimizlə qürur duyur. Elə də mən. Allah bütün şəhidlərə rəhmət eləsin”.
“Şuşada əlbəyaxa döyüş zamanı snayperlə gözündən vurublar oğlumu”
X.Xaməmmədov deyir ki, Şirxan çox möhkəm oğlan idi:
“Əsgər yoldaşları danışır ki, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər çox ağır olub. Şuşada Qırmızı Bazar adlanan ərazi var, orada erməni yaraqlıları ilə əlbəyaxa döyüşlər olub. Əsgərlərimiz neçə erməni əsgərini boğub öldürüb. Oğlumla bərabər döyüşən əsgər danışır ki, Şirxan məhz o qarşıdurmada şəhid olub. Düşmən snayperi igid oğlumu gözündən vurub”. Şəhidin anası Sahibə Xaməmmədova isə 13 aydan çoxdur ki, oğlunu görmək həvəsi ilə yaşadığını deyir:
“Müharibənin bitməsini gözləyirdim. Balam tez-tez zəng də etmirdi ki, səsini eşidim. 13 ay tək övladımın üzünə, qoxusuna həsrət qaldım. Mən oğlum üçün nə xəyallar qururdum, evimin, ocağımın nuru idi. Arzusu idi ki, şəhidlik zirvəsinə ucalsın. Balamla bağlı xəyallarım ürəyimdə qaldı, amma Allah balamı ürəyindəki arzusuna çatdırdı. Oğlum şəhid olub üçrəngli bayrağa bükülüb son dəfə evinə gəldi. Uşağımın yoxluğuna dözə bilmirəm, amma onunla fəxr edirəm. Şirxan kimi oğulun anası olduğum üçün qürur duyuram”. Xalqımız Vətən müharibəsində canından keçərək, milyonlarla insana qələbə sevinci yaşadan şəhidlərimizi heç bir zaman unutmayacaq.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR