Milli Məclisdən böhtan etirazı
Mətbuatda parlamentin nüfuzuna xələl gətirən məlumatlar, materillar dərc olunur. ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib. O bildirib ki, bu yazıların böyük əksəriyyətinin heç bir əsası yoxdur.
“Onu da qeyd etmək istəyirəm ki, parlament açıq, şəffaf orqandır. İstənilən məsələni açıq şəkildə müzakirə etməyə hazırıq. Amma təəssüflər olsun ki, bir neçə gün bundan əvvəll Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycanla bağlı hesabatı dərc olunub. Hesabat layihəsində parlamentə aid olan hissədə qərəz dolu yalan böhtan məlumatlar dərc olunub. Milli Məclisin üzvü kimi qeyd etmək istəyirəm ki, şəffaflıq prosesini pozmaqda ittiham edən bu təşkilatın rəhbəri Rəna Səfərəliyevanın özü Azərbaycan dövlətçiliyinin əleyhinə yönələn korrupsiya əməlinə yol verib".
Ə.Hüseynov hesab edir ki, qurumun baş ofisi Azərbaycandakı bu təşkilatla əməkdaşlığı dayandırmalıdır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR