Bakıda karantin rejimini pozan Şuşa sakini polisə hücum çəkdi — TƏFƏRRÜAT
Bakının Yasamal rayonunda sərtləşdirilmiş karantin rejimini pozan şəxs polisə müqavimət göstərib.
Qafqazpress.az-ın əldə etdiyi məlumata görə, rayonun Tbilisi prospektində yerləşən “Çıraq Plaza” otelinin qarşısında Şuşa şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Ayaz oğlu Abdullayev polis əməkdaşları tərəfindən saxalnılıb.
Onun xüsusi karantin rejimini pozaraq yaşadığı mənzili əsassız tərk etdiyi müəyyən edilib.
Bu səbəbdən polis əməkdaşları Ramin Abdullayevi Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə dəvət ediblər.
Lakin həmin şəxs polis əməkdaşlarınınqanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabe olmayıb.
Polis əməkdaşları dəfələrlə onu nizam-intizama dəvət etsələr də o, öz əməllərini davam etdirdiyi üçün məcburi qaydada polis bölməsinə gətirilib.
Onun barəsində İnzibai Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə protokol tərtib olunub.
Ramin Abdulayevin əməlinə huquqi qiymət verilməsi üçün toplanan material baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
Hakim Murad Məmmədovun sədrliyi ilə baş tutan iclasda araşdırma aparılıb və Ramin Abdullayev 150 manat məbləğində inzibati qaydada cərimə olunub.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Demokrat.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR