» » Obama sammitdə yatdı (VİDEO)

Obama sammitdə yatdı (VİDEO)

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 iyun 2014
//
Bölmə: Siyasət



ABŞ prezidenti Barak Obama “Böyük yeddilik” ölkələrinin sammitində Polşa prezidenti Bronislav Komorovskinin çıxışı zamanı yatıb. ANS PRESS-in məlumatına görə, B.Obamanın Polşa prezidentinin çıxışı zamanı mürgüləməsi jurnalistlərin gözündən yayınmayıb.

Qeyd edək ki, ABŞ prezidenti “Böyük yeddilik” ölkələrinin sammitində iştirak etmək üçün ötən gün Brüsselə gəlib. O, 3 günə 3 Avropa ölkəsinə səfər etməlidir. B.Obama burada Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ilə də görüşüb.

Onu da xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri də Polşaya səfəri zamanı keçirilən konfransda yuxuya getmişdi.

QafqazPRESS.az