Şuşada çörək istehsal edən ilk müəssisə fəaliyyətə başladı - FOTO
Şuşada ilk istehsal müəssisəsi fəaliyyətə başlayıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, “Sumqayıt-Çörək” ASC Nazirliyinin dəstəyi ilə mədəniyyət beşiyi hesab olunan Şuşada ilk istehsal müəssisəsi - çörək istehsalı sahəsi açıb.
20 gün ərzində təşkil edilmiş müəssisə gündəlik olaraq iki çeşiddə 5 min ədəd çörək istehsal edir. İstehsal sahəsində 10 nəfər işlə təmin olunub. Müəssisə bölgədə xidmət aparan əsgər və zabitlərimizi çörəklə təmin edir.
Fasiləsiz işin təşkili məqsədilə müəssisə fərdi generatorla, su sistemi ilə təmin olunub. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR