» » Paytaxt üzrə ordu sıralarına qoşulan təhsil işçilərinin sayı açıqlandı

Paytaxt üzrə ordu sıralarına qoşulan təhsil işçilərinin sayı açıqlandı

Müəllif: Səma Zərdablı
//
Tarix: 28 dekabr 2020
//
Bölmə: Sosial
Paytaxt üzrə ordu sıralarına qoşulan təhsil işçilərinin sayı açıqlandı



Vətən müharibəsində iştirak edən paytaxt üzrə təhsil işçilərinin sayı açıqlanıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) yaydığı hesabatda bildirilib. Təhsil işçiləri də Azərbaycanın torpaqları uğrunda haqq savaşı apardığı Vətən müharibəsində fəal iştirak edib.
Belə ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışan 127 təhsil işçisi Azərbaycan Ordusunun sıralarına qoşulub. Onlardan 122-si müəllim, beşi direktor müavinidir.
banner125x125 banner125x125