TƏCİLİ: Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI
Azərbaycanda koronavirus infeksiyasından 568 nəfər müalicə olunaraq sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 228 min 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220 min 292 nəfər müalicə olunaraq sağalıb, 3082 nəfər vəfat edib. Aktiv xəstə sayı 5601 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 361 min 552 test aparılıb. Bugünkü test sayı isə 7079-dur.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR