Putin: `Ukraynada böhranı ABŞ yaradıb`
Ukraynada böhranın səbəbkarı ABŞ-dır. AzVision.az-ın məlumatlına görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib.
“Ukraynadakı böhranın aradan qaldırılması prosesində ABŞ-ın həddən artıq canfəşanlıq etməsi göstərir ki, ölkədə gərginliyi o elə özü yaradıb.
İlk vaxtlarda ABŞ kölgədə qalmağa üstünlük verirdi. Çünki onun maraqları avropalı tərəfdaşlarının maraqları ilə üst-üstə düşürdü. Avropa İttifaqı, zənnimcə Ukraynaya sərf etməyən şərtlər əsasında Şərq tərəfdaşlığı sazişini imzalamaq istəyirdi. Əvvəlki hakimiyyət buna qarşı mübarizə aparmaq istəyirdi. Lakin Qərb birliyi başqa ssenari həyata keçirdi. Fəsadlarının nə olacağının fərqinə varmadan çevriliş edərək, hakimiyyəti zorla ələ keçirdilər” –Rusiya prezidenti deyib.
Putin həmçinin əlavə edib ki, Ukraynada əhalinin böyük əksəriyyəti Qərbin bu kimi əməllərindən narazıdır. Prezidentin sözlərinə görə, bu insanlarla hesablaşmaq lazımdır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR