Bakıda şirkət rəhbəri həbs edilib.
APA xəbər verir ki, “KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinib.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sosial şəbəklərdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayılıb. Şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlı olub. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildiriblər.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR