» » Şahin Sultanovun daha iki adamı həbs edildi

Şahin Sultanovun daha iki adamı həbs edildi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 may 2014
//
Bölmə: Sosial
Şahin Sultanovun daha iki adamı həbs edildi



HDQ-nin Yanacaq Xidmətinin və yanacaqdoldurma məntəqəsinin rəisləri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) aşkarlanmış qanun pozuntuları ilə bağlı daha iki hərbçi həbs edilib.

AzVision.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, HDQ-nin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Kazım Əsgərov və HDQ-nin yanacaqdoldurma məntəqəsinin rəisi, baş miçman Kamandar Paşayev Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.




QafqazPRESS.az
banner125x125 banner125x125