Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı sakinlərinə xəbərdarlıq etdi!
Bakıda bir çox yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt sakinlərinə müraciət edib..
Müraciətdə bildirilir ki, paytaxtda bir çox yolların bağlanacağı barədə məlumat Bakı şəhər Baş Polis İdarəsindən və Dövlət Yol Polisi İdarəsindən verilib.
Belə ki, Heydər Əliyev adına Hava Limanı yolunda, “Heydər Əliyev”, “Azadlıq”, “Neftçilər”, “İnşaatçılar”, “Parlament”, “Hüseyn Cavid” və “Tbilisi” prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bundan başqa, Azneft meydanında, “Yusif Səfərov”, “Üzeyir Hacıbəyli”, akademik “Zərifə Əliyeva”, “Rəsul Rza”, “Niyazi”, “Teymur Elçin”, “Y.Lermantov”, “Vaqif”, “A.Bakıxanov”, “Koroğlu Rəhimov” küçələrində də avtomobillərin girişinə qadağa qoyulacaq.
Bu səbəbdən də, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən vətəndaşlara həmin yollardan istifadə etməməyi məsləhət bilir. Mərkəzdən sürücülərə alternativ yollardan və ya ictimai nəqliyyatdan istifadə etmək tövsiyə edilir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR