» » Cəbhədə gərgin gecə

Cəbhədə gərgin gecə

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 aprel 2014
//
Bölmə: Sosial
Cəbhədə gərgin gecə



Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən xəbərə görə, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125