» » Amerikalı həmsədr: "Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir"

Amerikalı həmsədr: "Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 may 2014
//
Bölmə: Siyasət
Amerikalı həmsədr: "Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir"



ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələri vacib hesab edir.

Trend-in məlumatına görə, amerikalı həmsədr öz Tvitter səhifəsində yazıb: "Dağlıq Qarabağ münaqişəsində həllinə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir".

Həmsədr, eyni zamanda, Tvitter səhifəsinin oxucularına Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" mövzusunda məruzəsinə şərh bildirdiklərinə görə də təşəkkür edib.

Qeyd edək ki, may 7-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" mövzusunda məruzə ilə çıxış edib.



QafqazPRESS.az
banner125x125 banner125x125