“Əlimizdə sənədlər var” - ANS-dən nazirə CAVAB
ANS telekanalı gənclər və idman naziri Azad Rəhimovun məhkəmə iddiasından geri çəkilməsinə münasibət bildirib.
Telekanal prezidentinin media üzrə müşaviri Mais Məmmədov AzVision.az-a açıqlamasında deyib ki, Azad Rəhimovun ANS-i məhkəməyə verib-verməməsi onun öz istəyindən asılıdır:
“Azad Rəhimov yaxşı edir. Özü bilər, istəyir məhkəməyə versin, istəyir iddiasını geri götürsün. Hər bir insanın məhkəməyə vermək ixtiyarı var. Bizim əlimizdə sənəd var. Azad Rəhimov nə deyir desin. Azad Rəhimov çox söz deyə bilər. Məhkəməyə çağırsalar bizim sənədimiz var, sənədə əsasən çıxış edəcəyik.
Qeyd edək ki, nazir Azad Rəhimov AzVision.az-a açıqlamasında bildirib ki, ANS nazirlikdə korrupsiya faktının olması ilə bağlı səhvini başa düşüb. Bu baxımdan onları məhkəməyə verməsi mənasızdır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR