ANS-dən Azad Rəhimovla bağlı yeni AÇIQLAMA
ANS telekanalı ilə gənclər və idman naziri Azad Rəhimov arasında yaranan qalmaqala saat biznesinin səbəb olduğu bildirilir.
Bu barədə “Yeni Müsavat” qəzetində dərc edilən “Azad Rəhimovla ANS-in saat çəkişməsi” başlıqlı məqalədə belə bir iddia irəli sürülüb. Məqalədə qeyd edilir ki, telekanalın naziri “vurma” səbəbi nazir Azad Rəhimvoun ANS-in prezidenti Vahid Mustafayevin saat biznesini çökdürməsidir.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov AzVision.az-a açıqlamasında yayılan iddialara aydınlıq gətirib. Telekanal sözcüsü bu məlatın yalan olduğunu bildirib:
“Bu məlumatlar yalandır, şayiədir. Hesablama Palatası nazirlikdə yoxlama aparıb. Biz nə edirik ki? Onu məhkəməyə vermirik, istintaqa çəkmirik. Ondan soruşuruq ki, bir neçə il bundan qabaq olimpiya stadionunu tikmək bir milyon idi, indi bu rəqəm 15 dəfə çoxdur. Nəyə görə? Bu nə deməkdir, saatdır, pomidordur, xiyardır, başa düşmürəm”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR