» » Bu gün 28 dərəcə isti olacaq

Bu gün 28 dərəcə isti olacaq

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 aprel 2014
//
Bölmə: Sosial
Bu gün 28 dərəcə isti olacaq



Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 9-13, günün birinci yarısında 20-24, günün ikinci yarısında 16-18 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.



QafqazPRESS.az