Putindən Abbas Abbasova yeni missiya
Rəsmi Moskva baş nazirin eks müavini, “AzerRos”-Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin Ağsaqqalar Şurasının sədri Abbas Abbasovu Krım tatarlarının Rusiyaya interqasiyası üçün nəzərdə tutulmuş ideoloji işlərin təşkil olunmasını tapşırıb.
“Qafqazinfo” Modern.az-a istinadən bildirir ki, bu barədə Rusiya Regional İnkişaf Naziriyi yanında milli-mədəni muxtariyyət işləri üzrə Məsləhət Şurasının iclasında çıxış edən nazir İqor Slyunyaev çıxışı zamanı bildirib. Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti-“AzerRos”-un rəhbərliyinin iştirakı ilə Keçirilən iclasda qurumu prezident Asif Məhərrəmov və Federal Şuranın sədri Mehriban Sadıqova iştirak edib. Toplantıda əsas diqqət Krım və Sevastopola yönəldilib. Nazir Slyunayev “AzerRos”u Krım tatarları ilə bağlı fəal işləməyə çağırıb. İclasın əsas hədəfi isə Milli-Mədəni Muxtariyyətin vasitəçiliyi ilə Krım və Sevastopolda yaşayan xalqlarla işgüzar dialoqun qurulması olub. Slyunayev bildirib ki, hazırda Krımda regional milli muxtariyyət yaradılır və sənədləşmə işləri gedir. “Amma krım tatarları ilə əlaqə yaratmaq çox çətin məsələyə çevrilib”-deyə nazir söyləyib. O qeyd edib ki, “AzerRos” bu iki yeni subyektin vahid məkan olaraq Rusiyaya inteqrasiyası üçün fəal əməkdaşlıq etməlidir. İclas zamanı Rusiya cəmiyyətində yaşayan müxtəlif xalqların inteqrasiyası üçün milli-mədəni təşkilatların böyük əhəmiyyət daşıdığı vurğulanıb.
“AzerRos”un prezidenti Asif Məhərrəmov çıxışında bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan və Rusiya arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsndə çox ciddi şəkildə maraqlıdır. “Krım məsələsinə gəlincə, Abbas Abbasov və AzerRos preident Putinin siyasi xəttini dəstəkləyir. Başqa cür də ola bilməz. Biz hesab edirik ki, Krımla bağlı qərar yeganə düzgün,cəsur addım idi”-deyə o bildirb.
A. Məhərrəmov höküməti “AzerRos”u Rusiyada fəaliyyət göstərən azərbaycanlı təşkilatlar içində əsas diaspor təşkilatı olaraq tanımağa çağırıb. “Əgər bizim təşkilat dövlət hakimiyyətində milli icmanı təmsil edən əsas institut olarsa bu qurumun əhəmiyyətini bir neçə dəfə artıracaq və bir sıra milli təşkliatlar ərəfindən aparılan müxtəlif spekuliyasiyalarının qarşını alacaq”-deyə A.Məhərrəmov vurğulayıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR