"Avtomatik yanğınsöndürən top" nümayiş olundu
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Ağdamda müşavirə keçirib. Müşavirəyə Qarabağətrafı rayonların təmsilçiləri qatılıblar. Milli.Az El TV-yə istinadən xəbər verir ki, tədbirdə dənli və texniki bitkilərin yığılması, saxlanılması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınmasını təmin etmək üçün müvafiq qabaqlayıcı tədbirlər haqqında məlumat verilib.
Tədbir çərçivəsində yanğından mühafizə qaydalarını təbliğ edən səyyar fotostendə baxış olub. Plakatlar paylanıb. Nazirliyin əməkdaşları tədbir iştirakçılarına yeni texnologiya olan, yanğın zamanı istidə özü partlayaraq toz buraxan və alovu söndürməyə çalışan “avtomatik yanğınsöndürən top” haqqında məlumat veriblər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR