Sinoptiklərdən hava xəbərdarlığı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq edib. Departamentdən ANS PRESS-ə verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraitindən sonra hava səruinləyəcək.
Belə ki, mayın 20-də qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, mayın 23-dək qeyri-sabit keçəcəyi gözlənilir. Temperaturun 5-8 dərəcə aşağı enəcəyi, şimal küləyinin güclənəcəyi, arabir yağış yağacağı, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı gözlənilir.
Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR