» » Ekologiya nazirliyindən xəbərdarlıq

Ekologiya nazirliyindən xəbərdarlıq

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 iyun 2014
//
Bölmə: Sosial
Ekologiya nazirliyindən xəbərdarlıq


Sabahdan Azərbaycanın əraziisində havalar sərinləşəcək. İyunun 3-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, bəzi yerlərdə qısamüddətli yağış yağacaq.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, şimal küləyi əsəcək, axşam və gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 3-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağışların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, iyunun 3-ü axşam və 4-də şimal küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


QafqazPRESS.az
banner125x125 banner125x125