DOĞMALARIN DİLİNDƏN
(Vətən çağırır) qəzetinin təsisçisi Saleh Qurbanov
«İllərə sığmayan ömür» kitabından
Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir.
F.Bekon
Saleh müəllim haqqında bir qədər də onun doğma¬la¬rından eşidib, öyrəndiklərimi yazmaq istədim. Elə bu məqsədlə də üz tutdum onun doğulduğu Tovuz rayonunun Aşağı Ayıblı kəndinə. Axşam saat 11-00-da Bakıda təzə istifadəyə verilmiş Yeni Avtovağzaldan Tovuza yola düşdüm. Respublikada ge¬dən yeniləşmə insanların rahatlığı üçün yollara da öz təsirini göstərməkdə idi. Bəzi yerlərdə xalqın ixtiyarına verilmiş yeni yollar insanın demək olar ki, tam rahatlığını təmin etmişdi. La¬kin istifadəyə verilməmiş yollar bir qədər narahatçılıq törədirdi. Tovuza gedişim elə vaxta düşmüşdü ki, təbii fəlakət demək olar ki, bütün rayonlara öz mənfi təsirini göstərmişdi. Yolboyu təbii fəlakət nəticəsində yağan yağış demək olar ki, bütün bağları yağış altında qoymuşdu. Hətta bəzi yerlərdə yeni tikil¬miş körpüləri də yağış seli yuyub aparmışdı. Mən artıq səhər saat 8-00-da Aşağı Ayıblı kəndində idim. Saleh müəllimin qar¬daşı Bayram məni qarşılamaq üçün kəndin girişində dayan¬mış¬dı. Avtobusdan düşən kimi maşına oturdum, maşın kəndə tərəf şütüməyə başladı. Artıq kənddə payızın nəfəsi duyulmaqda idi. Bayram da iki gün idi ki, Moskvadan kəndə gəlmişdi. O, uzun illərdir ki, qardaşı Salehin rəhbərlik etdiyi şirkətdə çalışır. Kən¬din havası və gözəl mənzərəsi ona da xoş təsir bağışlamışdı. Təbii ki, kənd də on beş il bundan əvvəlki kənd deyildi. Yol¬bo¬yu tikilmiş ticarət obyektləri, yeni salınmış hündür mərtəbəli ev¬lər göz oxşayırdı. Adam bu cür mənzərəni gördükcə ürəyi açılır və hiss edirdi ki, insanların rifah halı bir o qədər də pis deyil. Bu torpaqda Saleh müəllim böyüyüb boya-başa çatmışdı. Təbii ki, bu torpaqda uşaqlıq xatirələri tanıyanların yaddaşında qall¬mışdı. Ona dərs deyən İsa Cavadoğlunun, qonşusu Musa kişi¬nin və başqalarının ürək sözlərini dinləmək və onların maraqlı xatirələrinə qulaq asmaq mənim üçün də maraqlı idi.
Əlbəttə, bütün bunlardan əvvəl ona doğma və əziz olan qardaşı Bayramın da yaddaşında ən şirin günlər kimi iz bura¬xan günlər olmuşdu. Elə ona görə də birinci yol yoldaşım olan Bayramı dinləmək və onunla yolüstü uşaqlıq illərinə qayıtmaq istədim.
Bayram üçün o illərlə bu günlər arasında böyük fərq var idi. Ona görə ki, o illərdə onların şirin uşaqlıq illəri və analı-atalı günləri yaşanırdı. Uşaqlıq illəri isə nə unudulmur, nə də yad-daşlardan silinmir. Bayramın da yaddaşında qalan uşaqlıq illəri hamı kimi ipə-sapa düzülmüş inci kimi yaddaşında hər zaman cərəyan edərdi. Onun üçün ən yaddaqalan şirin xatirəsi Nov¬ruz bayramı idi. Hər Novruz bayramı gələndə ailədə hamı üçün yeni geyimlər alınar və hər çərşənbə evlərində bayram süfrəsi açılardı. Musa kişi ilə Nabat ana üçün bayramın gəlişi ikiqat se¬vinc gətirərdi. Ən əsası ona görə ki, oğlanları Bayramın ad gü¬nü də bayrama düşürdü. Elə onun adını da ona görə Bayram qoymuşdular. Evdə hamı o gün bayramı ikiqat bayram edər və qardaşları Bayramı təbrik edərdilər.
Nabat ana ilə Musa kişi evdə uşaqlar arasında heç bir fərq qoymazdı. Lakin hər birinin üzərinə düşən vəzifəni uşaqlar yaxşı bilirdilər. Yaxşı bilirdilər ki, evdə Sabir ailənin ilk övladıdır və ona hər biri hörmətlə yanaşmalıdır. Sabirdən sonra Sakit, sonra isə Saleh dünyaya gəlmişdi. Sabir ilə Saleh dərslərini əla oxuyardular. Amma ev işlərində də ailəyə yaxından kömək¬lik edərdilər. Bir sözlə oğlanlar valideynlərin əziyyət çəkməsini istəməzdilər.
Bayramla onların uşaqlıq illərindən söhbət edə-edə bir də gördük ki, maşın gəlib darvazanın qabağında dayandı. Ma¬şının səsini eşidən kimi içəridən bir nəfər gəlib darvazanın qa-pısını açdı. Hamı səbirsizliklə oturub gözləyirdi. Artıq beş ildən çox idi ki, bu ailə ilə səmimi dostluq münasibətində idim. Daha doğrusu, əsl dost və Saleh ilə əsl bacı-qardaş idik. Bu dostluq və bacı-qardaşlıq ailədə də müsbət qarşılanmışdı. Bu gün də mən o səmimiyyətin bir daha şahidi oldum. Bir neçə dəqiqənin ərzində demək olar ki, ailə bir araya gəldi. Hamı səhərin yeni işıqlanan vaxtında, soyuq havada otağa bir hərarət və istilik gətirdilər. Bayramın iki gün məndən əvvəl gəlişinə sevindikləri qədər də mənim gəlişimə sevinirdilər. Söhbətimizin maraqlı ye¬rində qapı açıldı. Sakit həyat yoldaşı ilə birlikdə içəri girdilər. Hal-əhval tutduq. Çay içə-içə söhbətimizə davam etdik. Sakit biləndə ki, budəfəki gəlişim əvvəlkindən daha fərqlidir, bir qə¬dər tutuldu, sonra isə söhbətinə belə başladı. Ailəmizdə hər kəsin özünəməxsus xatirələri var. Amma Saleh ilə bağlı xati¬rə¬lərimiz hər birimizin qəlbində həm sevindiricidir, həm də üzücü. Sevindiricidir ki, Saleh çox mərd və mətin oğlan idi. Heç vaxt çətinlikdən qorxmazdı. Həm də ata-anaya ürək yandıran idi. Hələ uşaqlıqdan çalışardı ki, valideynlər əziyyət çəkməsin. Dərs əlaçısı idi. Hər səhər tezdən qalxıb dərs hazırlığını görür¬dük. Həyatımız bir o qədər də yaxşı olmayıb. Yaxşı yadımdadır. Kənddə su olmurdu. Biz dərsdən sonra Salehlə birlikdə kənd¬dən beş kilometr uzaqlıqdan araba ilə su gətirərdik. Uzaq mə¬safə bizi heç yormazdı. Əksinə, suyu gətirib mənzil başna çı¬xar¬danda bir qədər rahatlıq tapardıq. Düşünərdik ki, anamız bir neçə gün evdə sudan çətinlik çəkməyəcək. Heç zaman suyun qurtarmasını gözləməzdik. Gətirdiyimiz suyu başqa qaba bo¬şaldaraq bir neçə gündən sonra Salehlə birlikdə gedib yenidən su gətirərdik. Bizim ailədə qardaşlar anamıza hər işdə kömək edərdi. Anamız tək idi. Bir bacımız var idi. Təbii ki, o da tək ol¬duğuna görə biz qardaşlar onu heç iş görməyə qoymazdıq. Əksinə, əlimizə pul düşən kimi ona mütləq bir hədiyyə alıb gə¬tirərdik. Hiss edirdik ki, anamla-atam onu lap çox istəyirlər.
Maraqlı uşaqlıq illərimiz keçib. İşlərimizi başa vurandan sonra hamımız küçəyə çıxar, qonşu uşaqlarla birlikdə futbol oy¬nayardıq. Uşaqlıq illərimiz öz axarı ilə davam edirdi. Biz də hər gün bir buğda dənəsi boyda boy atır və bunu heç hiss etmirdik. Nəhayət, bir gün hiss etdik ki, artıq hər birimiz böyüyüb boya-başa çatmışıq. Artıq hər kəs böyüdükcə öz yolunu seçməyə başlayırdı. Beləliklə, bu ocaq yavaş-yavaş boşalmağa başladı.
Sakitin həyat ayoldaşı Sürəyya xanım bu ocağa düşən gündən ta bu günə qədər evin həm gəlini, həm də qızı olub. Zamanın axarı ilə bu ailənin hər cür xasiyyətinə bələd olub. «Gəlin gəlin deyil, düşdüyü yer gəlindir» deyib atalarımız. Sü¬rəy¬ya də düşdüyü yerdə ona olan xoş münasibətə görə hər za¬man özünəməxsus hərəkətlər edib. Ana evin ən aparıcı qüv¬və¬sidir. Ata isə evə qazanc gətirən, çöl işlərinə maraq göstərən və ən nəhayət, ailənin çətin problemləri ilə maraqlanan olur. Analarımız isə evdə uşaqların tərbiyəsinə, onların kamil insan kimi yetişməsinə təkan verən qüvvədir. Təbii ki, evin yığ-yığışı, bişirib-düşürməyi də analarımıza məxsusdur. Evdə qız uşağı çox olanda ananın çətinlikləri bir o qədər də bəlli olmur. Lakin evdə altı oğul, bir qız olarsa təbii ki, o ananın həyatında demək olar ki, istirahət olmaz. Oğullar anaya kömək məqsədilə nə qə¬dər ev işlərinə əl atsalar da ana onların gördüyü işlərdən razı qalmaz. Elə hey istəyər ki, işlərini özü görsün. Seyid Nabat ana kimi. Evdə altı oğulun hər birinə eyni gözlə baxar, onları heç bir-birindən ayırmazdı. Ömür yolu heç də rahat keçməyən ana üçün altı oğulun altısı da çalışırdı ki, anasına bir köməklik etsin. Sabir dərs oxumağı çox sevərdi. Sakit adı kimi sakitliyi daha çox sevər, amma sakit olmasına baxmayaraq, hər işə əl atardı. Hələ Sabir uşaq olarkən hamı onda olan aktyorluq mə¬harətinə heyran qalardı. Arzusu da aktyor olmaq idi. Atalar de-mişkən istəyin haradırsa, mənzilin də oradır. Sabirin istəyi ilə arzusunun bir gün reallaşacağı günə o, inanırdı. Saleh isə ta¬mam başqa bir dünyanın uşağı idi. Qəribə təbiətli oğlan idi. İd¬manla məşğul olmağı sevər, boksa xüsusi həvəs göstərərdi. Adama sakit görünən bu oğlan isə gördüyü hər bir işlə ma¬raq¬lanar və çalışardı ki, hər şeydə irəlidə olsun. Elə o istək və o sevgi onu orta məktəbdən səkkizinci sinifdən çıxmağa vadar etdi. Həm texnikumda oxuyur, həm də axşamlar zavodda gö¬zətçi işləyirdi. Arzuları sonsuz olan bu gəncin kim bilir ürə¬yin¬dən hansı sənətin sahibi olmaq keçirdi. Bir axşam növbədə olarkən əlində tutduğu silahı yoxlayarkən silah əlində açılır. Sa¬leh ayağından ağır güllə yarası alır. Dəfələrlə əməliyyat olunsa da əməliyyatları uğurlu alınmır. Uzun müddət yataq xəstəsi olur. Onun yataqda ən yaxın dostu kitablar olur. Evin gəlini Sü¬rəyya xanım yataqda yatan Salehin halına baxar və ona acı¬yardı.
Saleh heç vaxt özünü məyus göstərməzdi. İstəmirdi ki, anası onun məyus halına üzülsün. Özünü gümrah göstərməyə çalışırdı. Amma dəfələrlə Moskvada cərrahiyyə əməliyyatı olu¬n¬maq üçün məktubla müraciətlər etmişdi. Hər dəfə də mək¬tub¬ları cavabsız qalmışdı. Nəhayət, bir gün onun məktubuna müs¬bət cavab gəlir. Onu əməliyyat olunmaq üçün Moskvaya dəvət edirlər. Evdəkilər bu dəvətə sevinir. Ən çox sevinən təbii ki, ana ilə ata olur. Bir gün onu əməliyyat olunmaq üçün Mosk¬va¬ya aparırlar. Beləliklə, Saleh Tovuz rayonunun Aşağı Ayıblı kəndinə hələlik, deyərək kənddən çıxır.
Ana oğlu üçün gecə-gündüz əlini göylərə açıb Allaha dualar edirdi ki, oğlum sağalsın. Əvvəlki kimi yerisin. Lakin Tanrı ananı sanki imtahana çəkirmiş kimi öz bildiyini edir. Bü¬tün bunlara baxmayaraq, Seyid Nabat ana heç ruhdan düşmür və hər dəfə də Allahın böyüklüyünə sığınırdı. Bu əməliyyat nə az, nə çox bir il vaxt apardı. Bu bir il Salehin Moskva həyatının ilk ilinə təsadüf edirdi. Bir il Salehin ayağında elə bir möcüzə yaratmadı. Ayağından əlil qaldı. Amma ayağından əlil olsa da ürəyindəki istəklərini həyata keçirmək üçün var qüvvəsi ilə çalışdı. Zəhməti də hədərə getmədi. O, Moskvada ali məktəbə qəbul oldu.
Saleh adı kimi əməli də saleh insan idi. Daim mübariz olan bu oğlanın ömür yolunun cığırları dəyişir. Və nəhayət, o, yaşamaq üçün özünə yaşayış yeri elə Moskvanı da seçir. Artıq o illərdən uzun zaman ötür. Lakin o ötən illər ailədə heç kimin yaddaşından silinmir. Evin gəlini Sürəyya xanım Salehin arxası üstə yatdığı o çətin günləri xatırlayanda onun cəsarətinə hər dəfə həsəd aparır. Yorulmaq bilmirdi, narazılıq etmirdi. Əksinə, hər şey üçün Allaha şükür edər və dərdini kitablarla dağıdardı. Kitablar da onu tənha buraxmırdı.
Salehin özünə seçdiyi həyat yoluna kimsə etiraz et¬mə¬di. Çünki o yolda onun üçün aydın səma və gözəl həyat var idi. Onun üçün həyatda mübariz olmaq ən ümdə vəzifə idi. Əlil adını özünə yaxın buraxmaq istəməzdi. Analar isə övladlarının hər zaman gümrah olmasını tstəyər, sağlam ömür diləyərlər. Seyid Nabat ana da bütün analar kimi övladlarına həyatın ən şirin varlığı olan can sağlığı diləmişdi. Lakin oğlu Salehin hə¬ya¬tında baş verən dəyişiklik ananı çox üzmüşdü. Təkliyə çəkilib dəfələrlə xısın-xısın ağlamışdı. Qəfil gələn bu bəlanın çarəsini də ulu Tanrıdan gözləyirdi. Ana oğlunu gümrah görəndə bahar çiçəyi kimi üzü gülürdü. Lakin oğlu Salehin hərdən bədbinliyə qapıldığını görəndə payız yarpağı kimi rəngi solub saralırdı. Yazın gəlişinə sevinən, el-obaya baxan ana oğlu Salehin də hamı kimi qalxıb şənlənməsini istəyərdi. Ana oğlundan xə¬bər-siz gizli-gizli çox ağlayardı. İdmansız qala bilməyən Salehin ya¬taq xəstəsi olması anaya bir dərd olmuşdu.
Saleh bütün bunları görməsə də anasının hərəkət¬lə¬rin¬dən, onun kədər dolu gözlərindən bunları hiss edirdi. Elə ona görə də təmkinli idi. Anasına sübut etmək istəyirdi ki, ana, sən mənim üçün heç üzülmə, mən bütün çətinliklərin hamsına sinə gələrək pis günləri arxada qoyacağam.
Uzun müddət qipsdə qalan ayağı demək olar ki, onun üçün tamamilə başqa bir problem yaratmışdı. Təbii ki, bu problemin də əsas səbəbkarı həkimin səhvi üzündən baş ver¬mişdi. Salehin ayaq damarları işləmə qüvvəsini itirmişdi. Aya¬ğın işləməsi üçün mütləq həmin yer sındırılmalı idi. Evdə heç kim buna razı olmasa da Saleh inadından dönmür və ayağını yenidən sındırmağa icazə verir. Nəticədə isə yenidən aparılan əməliyyat heç bir fayda vermir.
Seyid Nabat ananın üzüntüsünə son qoymaq üçün o Moskvada qalmaq və orada təhsil alıb, ailə qurmaq qərarına gəlir. Öz iradəsinə çox inanırdı. Bilirdi ki, istəyinə nail olmaq üçün lazım gələrsə dünyanın o başına da gedər. Həyatının sonrakı illəri üçün qarşısına çox böyük və ciddi bir məqsəd qo¬yur. Həm oxumaq, həm də onun üçün hər zaman acı göz yaşı axıdan anasını sıxıntıdan qurtarmaq. İnsan iradəsinin gücünə arxalananda o dünyanın ən güclü insanı ola bilir. Saleh də ira¬dəsinin gücünə inanaraq bütün çətinlikləri arxada qoydu. Se¬vindirdi bir gün anasını. Moskvadan Azərbaycana zəng vura¬raq ali məktəbə qəbul olması xəbərini verdi anasına. Bu xəbər bütün ailə üçün böyük bir sevinc olmuşdu. Hamı yaxşı bilirdi ki, Saleh çox savadlıdır. İstədiyi ali məktəbə qəbul olmaq baca¬rı¬ğı¬na malikdir. Ana oğlunun bu sevincinə göz yaşları içərisində həm güldü, həm də ağladı. Güldü ki, İlahi, oğlum istə¬diklə¬rin¬dən birinə nail oldu. Ağladı ona görə ki, hələ də balasının ayağı sağalmayıb. Saleh Moskvada, ana isə Azərbaycanda bir-birləri üçün çox darıxdılar. Bir gün ana oğlunu yoxlamaq üçün Mosk¬vaya yola düşür. Ciyərparasına qovuşmaq, onun halından xə¬bər tutmaq ana üçün illərin həsrətinə dönmüşdü. O həsrəti so¬na çatdırmaq üçün ana yolun bitməsi üçün çox səbirsizləşirdi.
Bu da ananın səbirsizliklə gözlədiyi gün. Ana ilə oğul həsrət dolu baxışlarla bir-birinə baxdılar. Ana ciyərparəsini ba¬ğ¬rına basdı. Boyuna qurban olum, oğul, bu ayağın da sağalsaydı heç dərdim olmazdı, dedi.
Ana, sən artıq mənim ayağımın dərdini çəkmə. Mən də artıq ayağımın dərdini çəkmirəm. Deməli, bu mənim qədərim imiş. Gəl bu qədərimlə barışaq, ana. Artıq mənim başqa arzu¬larım var. Ayağıma gəlincə, görünür Allah məni sınağa çəkir¬miş. Şükür onun məsləhətinə. Məktəbi bitirmək, burada qalıb işləmək istəyirəm ana. Bilirəm ki, istədiyim həyatı burada yaşa¬ya biləcəyəm.
- Oğul, oxu, amma qərib eldə qalma. Qəribçilik yaman olur, bala. Mən sənin qərib olmağına dözə bilmərəm.
- Ana, qarşıda uzun illər var. Bu illər ərzində sən də ar¬tıq hər şeyə alışarsan. Darıxanda gəlib mənim yanımda qa¬lar¬san. Özüm də arabir gəlib səni yoxlayacağam.
Ana oğlunun bu qədər səbrli və təmkinli olmasına se¬vindi. Digər tərəfdən də ürəyi rahatlanmışdı ona görə ki, oğlu artıq ayağının açılmayacağı ilə barışmışdı. Çünki Saleh Azər-baycanda xəstə yatarkən dəfələrlə Moskvaya teleqramlar ver¬muşdu ki, onun ayaqlarının açılması üçün əməliyyatı üzərlərinə götürsünlər. Bir növ ana rahatlanırdı ki, artıq Saleh taleyin ona yazdığı qədərlə barışmışdı.
Kişilər dözümlü və iradəli olurlar. Onlar dərdin çoxlu¬ğundan ağlamırlar, ağlamağı özlərinə yaraşdırmırlar. Amma onlar acı göz yaşlarını gizli-gizli qəlblərinə axıdırlar. Bəzən belə göz yaşları böyük faciələrlə də nəticələnir. Musa kişi də Sa¬le¬hin dərdinə qəlbində gizli-gizli ağlayır, qədərin oğluna bəxş et¬diyi sonrakı acı taleyi ilə barışa bilmirdi. Hər dəfə Salehi qar¬şısında ayaqlarını çəkərək gəzdiyini görəndə ürəyi şam kimi əriyirdi. Deməyə söz də tapa bilmirdi. Elə bil kimsə onu tutub sıxır və nəfəs almağa qoymurdu. Atalar kövrək olsalar da köv¬rək anlarını övladdan gizlətməyə çalışırlar. Musa kişi də hər z¬a¬man kövrək anlarını Salehdən gizlətməyə çalışıb. Amma dər¬dini özü ilə gücü çatmayan ağır bir daş kimi qəlbində gizlədib.
Saleh artıq öz yolunu tapmışdı. Bilirdi ki, ana və atasına verdiyi əzablı anları onların yaddaşından heç cür çıxara bil¬mə¬yəcək. Ona görə ki, Tanrının ona bəxş etdiyi nemətlərdən birini öz əli ilə zədələmişdi. Bəzən ona elə gəlirdi ki, bütün olanlara o özü günahkardı. Lakin belə yazıları Tanrı insanın alnına doğul¬mamışdan əvvəl yazır. Salehin yazısını Tanrı Salehin öz əli ilə ona bəxş etdi.
Bir yay günü idi. Nabat ana həyətdə oturmuşdu. Səliqə ilə əkilmiş meyvə ağacları çox bar verdiyindən başlarını aşağı salmışdılar. Ana bağa baxır, sonra isə öz-özünə deyirdi:
- Kaş balalarımın hamsı ətrafımda olaydılar. Bu meyvə¬lərdən əlləri ilə dərib yeyəydilər. Ana öz aləmində xəyal qurur, sərbəst həyatın qoynuna atılan ağıllı oğlanlarını ana gözü ilə uşaq görürdü. Ona elə gəlirdi ki, oğlanları hələ də uşaqdır. Xə¬yallara dalmışdı ana. Bu zaman qapı döyülür və Saleh qapıdan içəri girir. Anaya elə gəlir ki, yuxu görür və gördüyü yuxuda xə¬yalları gerçəkləşib. O, yerindən ayağa qalxır və oğluna tərəf q¬açır. Əllərini oğlunun yanaqlarına tərəf aparır:
- Yox, bu yuxu deyil. Bu Allahın mənə olan ən böyük sürpirizidir. Bayaqdan bəri ürəyimdə sizinlə danışırdım. Elə bil Allah səni göydən səbətlə saldı ay oğul. Birdən-birə xəbərsiz gəlişin məni çox çaşdırdı. Dayan görüm, bir yaxşı-yaxşı sənin boyuna baxım. Şükür Allaha yaxşısan.
Nabat ananın səsinə evdəkilər də bayıra çıxırlar. Hə¬yətdə Salehi görüncə mat qalırlar. Səs-küy qalxır. Qonşular da səsə gəlib çıxırlar. O gün ata ocağında toy-bayram olur. Sale¬hin qəfil gəlişinə bir qoç kəsirlər. Artıq neçə il idi ki, Moskvanın səsli-küylü küçələrinə alışan Saleh elə bil qeyri-adi bir mühitə düşmüşdü. Bu mühitdə onun uşaqlığı yatırdı, bu mühitdə onun məktəb illəri yatırdı, bu mühitdə onun dostları ilə futbol oynadığı şirin günləri var idi. Və ən nəhayət, bu mühitdə onun səkkizinci sinfi bitirb ata ocağından Bakıya yola düşdüyü şirin xatirələri var idi. Xəyallar aləmində Saleh lap uzaqlara uçur və olanları xatır¬lamağa çalışırdı. Bakıda başına gələn o bədbəxt hadisə¬dən sonra onun bütün ümidləri qırılmışdı. Çünki Bakıya ayaq¬la¬rı ilə sevinə-sevinə gedən Saleh çox çəkmədən o evə bədbin qayıtmışdı. Nabat ana oğluna baxıb gecə-gündüz ağlamışdı. Bütün bu olanlar Salehin gözləri önündə kino lenti kimi canlan¬mağa başlamışdı.
Hamının diqqəti Salehə dikilmişdi. Hətta ona acıyanlar da var idi. Dərslərinə maraq göstərən, futbola həvəsli olan, boksla məşğul olan Salehin ömür yolu tamamilə dəyişmişdi. Ortaya çökmüş sakitliyi Salehin sevimli müəllimi İsa Cavadoğlu pozur:
- Saleh, oğlum, danış görək Moskvada vəziyyət ne¬cə¬dir. Səninlə boş yerə fəxr etmirdim. Bilirdim ki, çox cəsur oğ¬lansan. Hər bir çətinliyin öhdəsindən gəlirsən. Bayaqdan bəri sənə fikir verirəm. Çox kədərlisən. Xəyalların səni lap uzaqlara aparır. Xəyal qurmağın özü də bir xoşbəxtlikdir. Şirin xəyal¬ları¬nın qarşısında cəsarətini toplayıb, iradənin gücü ilə ona güc gəlməyi bacarırsansa, deməli, sən igid oğlansan. Heç vaxt Tanrının sənə bəxş etdiyi çətinliklərdən qorxma. Hər zaman mətin ol. Biz sənin mətin oğlan olduğuna inanırıq. Sən artıq bu¬nu sübut etdin. Sübut etdin ki, mən iradəmin gücünə uyğun hə¬rəkət etməyə qadir bir insanam. Xəstə yatağında dərslərinlə çalışmağın, Moskva kimi böyük bir şəhərdə təhsil almaq üçün ali məktəbə daxil olmağın bunların bariz nümunəsidir. Ailədə hər şey gendən gəlir. Bu sənin aldığın doğru tərbiyədən irəli gəlir. Musa kişinin, Nabat ananın verdiyi tərbiyənin sənə bəxş etdiyi ən böyük hədiyyədir. Sənin kimi oğullarla öyünməyə də¬yər.
Saleh İsa müəllimin sözlərinə qüvvət olaraq anasına tərəf boylanaraq:
- Analar böyük varlıqdır. Biz onları hər zaman qoru¬ma¬lıyıq. Anam mənim üçün dünyanın ən əziz varlığıdır. Mənim xəstə yatağımın başından ayrılmayan anama hər zaman borc¬luyam. Sanki anam məni yenidən həyata qaytardı. O hadisə¬dən sonra demək olar ki, bu həyatdan əlimi üzmüşdüm. Lakin anamın mənə göstərdiyi qayğının təsirindən yenidən həyata bağlandım və öz-özümə dedim ki, Saleh, sənə süd verən, ge¬cə-gündüz keşiyini çəkən, bu gün də xəstə yatağından kə¬nar¬da olmayan ananı üzməyə haqqın yoxdur. İradəni toplamalısan və ananı dünyaya gəlişinlə sevindirdiyin kimi bu yataqdan qalxmaqla da sevindirməlisən. Bu gün mən öz ayaqlarım üs¬tündə durmağı bacarıramsa, yenə də anama borcluyam. Anam mənim hər zaman dayağım olub. Bir neçə gün bundan qabaq anamı yuxuda gördüm və anamı görmək üçün tələsdim. Səsini eşitmək mənə az gəldi, onu görmək, isti nəfəsini duymaq keçdi qəlbimdən. Dünyanın harasında oluramsa olum, ürəyim anamı istəyəndə onu gəlib yoxlayacağam.
Nabat ana oğlu Salehin sözlərinə kövrəldi. Göz yaşları yanaqlarından süzülərək oğlunu qucaqladı. Anan boyuna qur¬ban, oğul. Ana üçün övladlar arasında fərq olmaz. Amma səni uşaqların hamsından çox istəyirəm. Səbəbi ilk öncə iradənin bütövlüyüdür, oğul.
Bayaqdan bəri sakit baxışlarla hər şeyə göz qoyan Mu¬sa kişi ömür-gün yoldaşı Nabat xanıma baxaraq:
- Şükür Allaha, bala, bu göz yaşları ananın sevinc göz yaşlarıdır. Hey sənin üçün narahat olar və gecə-gündüz ağla¬yardı. Sən onu çox sevindirdin. Elə məni də kövrəltdin, oğul. Moskvada ali məktəbə qəbul olmaq hər kişinin işi deyil. İnna¬nı¬ram ki, gözəl gələcəyin olacaq. Mən elə sənə indidən ata xe¬yir-duası verirəm.
Beləliklə, Saleh müəllim ömrünü zaman-zaman ağlı-qa¬ralı günlərlə yaşamağa başladı. Zaman, vaxt çatanda hər şeyi sübut edir. Nabat ana ilə Musa kişinin gözləri hey yol çəksə də bir gün Salehin ömür yoluna Ulu Tanrı bir işıq saldı. Sovet im¬periyası süquta uğradı. SSRİ deyilən bir nəhəng məkan par¬ça¬lanmağa başladı. Pribaltika, Gürcüstan, Azərbaycan, Ukrayna və başqa respublikalar SSRİ-nin tərkibindən çıxaraq müstəqil dövlət kimi bütün dünyada tanınmağa başladı. Artıq Moskvanın özündə də islahatlar getməyə başladı. Saleh müəllim bütün çə¬tinlikləri görür və Azərbaycanda baş verən haqsızlıqlarla barışa bilmirdi. Elə ona görə də o öz yolunu tamam başqa bir isti¬qa¬mətə yönəltmək qərarına gəlir. Məqsədi isə Tovuzda yaşayan ailələrinə və bacı-qardaşlarına dayaq durmaq, onları istədiyi ki¬mi yaşatmaq olur. Bir sözlə, o biznes qurmaq və sağlam biz¬neslə tanınmaq üçün işə başlayır. Hər zaman olduğu kimi o ye¬nə də iradəsinin gücünə inanaraq durmadan irəliləyir. Azər¬bay¬canda olan qardaşlarını da Moskvada açdığı şirkətdə işlə təmin edir. Şirkətdə azərbaycanlıların işləməsi üçün imkan yaradır. Zamanın axarında istəklərinə nail olan Saleh bir gün özünün də xəbəri olmadan bir də eşidir ki, xeyriyyəçilər sırasında ad¬dımlayır. Özünün də xəbəri olmadan Azərbaycanda bəzi kim¬sə¬sizləri, əlilləri, atılmış uşaqları sevindirir. Tutduğu bu yolda neçə-neçə nəmli gözləri güldürüb. Hələ bunlar azmış kimi Moskvanın Lyubersi rayonunda da Böyük vətən müharibəsi əlillərinə hər il 9 May Qələbə günü münasibəti ilə müxtəlif hə¬diy¬yələr verərək onların da qəlbində öz abidəsini qurub.
Saleh Qurbanov artıq neçə ildir ki, Moskvanın Lyubersi rayonunda Xocalı soyqrımının anım mərasimini keçirir. Tədbirə gələn qeyri millətlərə ermənilərin törətdiyi soyqrım haqqında məlumatlar verir və onların nə qədər şərəfsiz millət olduğunu Çingiz Mustafayevin çəkdiyi sənədli flimlərlə bir daha göstərib nümayiş etdirir. Xocalının işğalını və ermənilərin işğalçı xalq olduğunu TRT televiziyası ilə də yayımlanmasına şərait yaradır.
Gülsüm Adilqızı
«Vətən çağırır» qəzetinin baş redaktoru
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR