Əli Məsimli: «Ümumiyyətlə müəllimlərin maaşı artırılmalıdır»
“Müəllimlərin işdən ayrılmasının qarşısını almaq lazımdır”. «Xəbərservis»-in verdiyi məlumatına görə, bu fikirləri parlamentin bu günkü iclasında Milli Məclisin deputatı Əli Məsimli deyib. O, təhsildə islahatları çox yüksək qiymətləndirdiyini vurğulayıb.
“Elm və təhsillə bağlı hazırlanan strategiya təqdirəlayiqdir. Bu sahədə islahatlar davamlı şəkildə aparılmalıdır. Pensiya yaşı çatan müəllimləri pensiyaya çıxarmaq lazımdır. Ancaq bu gün pensiya yaşı çatmayan müəllimlərin işdən ayrılmasının qarşısı alınmalıdır. Ümumiyyətlə müəllimlərin maaşı artırılmalıdır".
Milli Məclisin deputatı adambaşına düşən maliyyələşmənin təhsildə də tətbiq edilməsinin lazım olduğunu bildirib. “Biz hələ təhsildə böyük uğurlar qazanmamışıq. Buna görə də təhsilin istehsalatda tədbiqi ilə bağlı elmi əsərlər yazılmır. Ancaq bu sahədə də elmi işlərin yazılmasına ehtiyac var”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR