» » Heydər Əliyev Mərkəzində qeyri-adi görüntülər

Heydər Əliyev Mərkəzində qeyri-adi görüntülər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 aprel 2014
//
Bölmə: Siyasət
Heydər Əliyev Mərkəzində qeyri-adi görüntülər


Bazar günü axşam Heydər Əliyev Mərkəzinin binasında Azərbaycan tarixini və mədəniyyətini əks etdirən videomappinq-instalyasiya keçirilib.

Videomappinq (ing. video - video və mapping - əks etdirmə, ekranda göstərmə) - audio-vizual incəsənətdə fiziki obyektlərin ətraf mühitdə həndəsi quruluşunu və məkanda yerini nəzərə alaraq 3D-proyeksiyanı təşkil edən istiqamətdir.

Binada arxitektur videomappinq və ya mappinq binanı tamamilə "geyindirməyə" imkan verir. Əgər ənənəvi arxitektura poetik düstura əsasən "donmuş musiqi"dirsə, onda mappinq sayəsində o yenidən dirilmiş, səslənən, hərəkətli olur. Mappinq Heydər Əliyev Mərkəzi kimi maraqlı arxitektur formaya və divarların fakturasına malik binalarda xüsusilə effektiv görünür.

Trend-in məlumatına görə, layihə axşam vaxtı müasir audio-vizual unikal incəsənət əsərini seyr etmək üçün Heydər Əliyev Mərkəzinin binası qarşısında toplaşmış bakılılarda və şəhərin qonaqlarında böyük maraq doğurub.

Layihə eyni vaxtda Heydər Əliyev Mərkəzinin iki tərəfində nümayiş etdirilib.

Heydər Əliyev Mərkəzi üzərində qeyri-adi videogörüntülər

Bir tərəfdə Azərbaycanın aralarında Heydər Əliyev, Nizami Gəncəvi, Füzuli, Nəsimi, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Cəfər Cabbarlı, Müslüm Maqomayev (böyük), Üzeyir Hacıbəyli, Bülbül, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, Rəşid Behbudov, Toğrul Nərimanbəyov, Tahir Salahov, Səttar Bəhlulzadə kimi şəxsiyyətlərin olduğu məşhur siyasi və ictimai xadimlərinin portretləri, digər tərəfdə isə bu şəxsiyyətlərin fəaliyyətini və yaradıcılığını əks etdirən incəsənət əsərləri, həmçinin qədim Qobustanın qaya rəsmlərinin kompozisiya süjetlərindən xalça və memarlıq ornamentlərinə qədər, Azərbaycanın tarixindən maraqlı və mühüm hadisələr təqdim olunub.

Qeyd dək ki, layihə "Hypnotica Visual Performance" komandası tərəfindən təqdim edilib.



QafqazPRESS.az
banner125x125 banner125x125