» » Azərbaycan Ordusunun əsgəri şəhid olub

Azərbaycan Ordusunun əsgəri şəhid olub

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 iyun 2014
//
Bölmə: Hadisə
Azərbaycan Ordusunun əsgəri şəhid olub




10:04

Müdafiə Nazirliyi cəbhə bölgəsində şəhid olmuş hərbçi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 15-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayonundan hərbi xidmətə çağırılmış, kiçik çavuş 1994-cü il təvəllüdlü Kərimov Səməndər Fazil oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.

---------
09:13

Azərbaycan Ordusu itki verib. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə cəbhə bölgəsində qeydə alınıb.

Erməni silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Kərimov Səməndər Fazil oğlu düşmən gülləsinə tuş gəlib.

S. Kərimov aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.



QafqazPRESS.az