» » Ceyms Uorlik: "Cəbhə xəttində təxribatlar münaqişənin sülh yolu ilə və davamlı həlli istiqamətində irəliləyişi ləngidir"

Ceyms Uorlik: "Cəbhə xəttində təxribatlar münaqişənin sülh yolu ilə və davamlı həlli istiqamətində irəliləyişi ləngidir"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 24 iyun 2014
//
Bölmə: Siyasət
Ceyms Uorlik: "Cəbhə xəttində təxribatlar münaqişənin sülh yolu ilə və davamlı həlli istiqamətində irəliləyişi ləngidir"


"Ötən ilin noyabr ayında hər iki prezidentin konstruktiv dialoqunun davamı olaraq yaxın zamanda daha bir sammiti təşkil edəcəyimizə ümid edirəm"
Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Trend-ə eksklüziv açıqlamasında bildirib.

C.Uorlik qeyd edib: "Biz prezidentlərin Fransa prezidenti Fransua Ollandın yaxın zamanda Parisdə görüşmək təklifini qəbul edəcəyinə ümid edirik. İsveçrə prezidenti Didye Burkhalterin "Strukturlaşdırılmış danışıqlar"a çağırışı da sülh prosesinin irəlilədilməsi istiqamətində tərəflər üçün bir imkandır".

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulması hallarına münasibət bildirən C.Uorlik qeyd edib ki, həmsədrlər tərəfləri sülh prosesinə xələl gətirə və gərginliyin artmasına səbəb ola biləcək əməllərdən və ritorikadan uzaq olmağa çağırır: "Bu münaqişənin hərbi yolla həlli yoxdur. Bu kimi təxribatlar ümumi məqsədimiz olan bu regionun əhalisinə layiq olduğu firavanlıq və təhlükəsizliyi gətirə biləcək münaqişənin sülh yolu ilə və davamlı həlli istiqamətində irəliləyişi ləngidir".

Həmsədrlərin regiona növbəti səfərinə dair suala cavabında isə amerikalı həmsədr deyib: "Mən ya regionda, ya da başqa bir yerdə danışıqlarımızı tez bir zamanda davam etdirməyə səbirsizlənirəm. Hələlik növbəti görüşümüzün planlaşdırılması üzərində işləyirik".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), Fransadan olan yeni həmsədr Pyer Andryö və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 31-də Azərbaycanda səfərdə olublar. Azərbaycan rəhbərliyi ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



QafqazPRESS.az
banner125x125 banner125x125