» » Müdafiə naziri Yel çərşənbəsini əsgərlərlə birlikdə qeyd etdi

Müdafiə naziri Yel çərşənbəsini əsgərlərlə birlikdə qeyd etdi

Müəllif: Səma Zərdablı
//
Tarix: 13 mart 2019
//
Bölmə: Sosial
 Müdafiə naziri Yel çərşənbəsini əsgərlərlə birlikdə qeyd etdi


General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən və qədim ənənələrimizdən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.
Görüşdə daima dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayan hərbi qulluqçular, döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin, döyüş ruhunun yüksək olduğunu və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduqlarını bildirblər.




banner125x125 banner125x125