» » Problemli kreditləri olan vətəndaşlar SMS alacaq 11:29, 28.03.2019160

Problemli kreditləri olan vətəndaşlar SMS alacaq 11:29, 28.03.2019160

Müəllif: Səma Zərdablı
//
Tarix: 28 mart 2019
//
Bölmə: Sosial
Problemli kreditləri olan vətəndaşlar SMS alacaq 11:29, 28.03.2019160


Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası nəticəsində Prezident fərmanının əhatə dairəsinə düşən bütün vətəndaşlara SMS göndəriləcək.
Qafqazpress.com xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasında fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı keçirilən portalın təqdimatı zamanı qurumun Hüquq təminat idarəsinin rəisi Tural Feyzullayev bildirib.
Onun sözlərinə görə, fəaliyyətdə olan bankların müştəriləri SMS-i həmin banklardan, ləğv prosesində olan bankların, eləcə də bank olmayan kredit təşkilatlarının müştəriləri isə SMS-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-dən alacaqlar.
banner125x125 banner125x125