AZƏRBAYCANDAN HƏCC ZİYARƏTİNƏ GETMƏK İSTƏYƏNLƏRİN SAYI AÇIQLANDI
Azərbaycandan Həcc ziyarətinə getmək üçün 300-dən artıq insan müraciət edib.
Qafqazpress.az xəbər verir ki, bu barədə özəl olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: “Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək”.
Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR