HƏFTƏDƏ 3 DƏFƏ QARABAŞAQ YEMƏYİN 7 FAYDASI – BU XƏSTƏLİKLƏRDƏ MÜALİCƏDİR
Qarabaşaq (qreçka) yarmaların şahıdır. Hələ ki, genetik dəyişikliyə uğramayıb, ekoloji təmizdir.
Ondan bişirən sıyıq, şorba, hətta sadəcə suda isladıb yemək çox xəstəliklərdə müalicəvi təsir edir.
Mütəxəssislər həftədə 3 dəfə qarabaşaq sıyığı, yəni sadəcə suda bişmişini yeməyi tövsiyyə edir.
Medicina.az qarabaşağın orqanizmə 7 faydasını təqdim edir:
1.Qanda şəkəri salır
Qarabaşaq çox aşağı qlikemik indeksə malikdir və şəkər xəstələri üçün əvəzsizdir. Nəinki şəkər xəstələri, eləcə də çox şirniyyat yeyənlər də qarabaşaq qəbul etməlidir ki, diabet olmasınlar.
2. Damarları möhkəmləndirir
Qarabaşaqda olan rutin damarları möhkəmlədir, qan dövranını yaxşılaşdırır. Ona görə qarabaşağı əməliyyat keçirmiş xəstələrə, hamilələrə tövsiyyə edirlər. Qanda xolesterini azaldır.
3. Həzmi normallaşdırır
Tərkibində olan zülal və nişasta qəbizlik və meteorizmdən xilas edir, nikotin turşusu metobolizmi normallaşdırır, piy, yağ, karbohidrat sintezini sürətləndirir.
4. Bağırsaq xərçənginə qarşıdır
Qarabaşaq bağırsaqları sağlam saxlayır, onları təmizləyir, toksinləşməyə qoymur.
5. Dəri, saçlar və dırnaqları möhkəmlədir
Sink, A və B qrupu vitaminləri dırnaq, saçları bərpa edir, parladır. Kalsium isə dişləri, sümükləri bərkidir. Rutin təbii gündənqorunma funksiyasını yerinə yetirir.
6. Sakitləşdirir, əhvalı qaldırır
Depressiya, nevroz, əsəbilikdə psixoloji vəziyyəti düzəltmək, sakitləşmək üçün tez-tez qarabaşaq yemək lazımdır.
7. Arıqladır
100 qram suda bişmiş qarabaşaqda cəmi 110 kkal vardır. Bu kifətdir ki, uzun müddət tox və enerjili qalasız. Qarabaşaq sidikqovucudur, bədəndə maye yığılmasına qarşıdır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR