» » Ziya Məmmədov 3 nəfəri işdən qovdu

Ziya Məmmədov 3 nəfəri işdən qovdu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
Ziya Məmmədov 3 nəfəri işdən qovdu


20 -yə yaxın yük maşınlarının dövlət nömrə nişanları sökülüb.

ANS TV-nin məlumatına görə, nömrələrin kim tərəfindən sökülməsi istiqamətində araşdırma aparılacağı deyilmişdi və artıq həmin araşdırmanın nəticəsi məlum olub və bunu sizə təqdim edirik:

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, həmin şəxslər bu yola sürücülərin lisenziyası və fərqlənmə nişanları olmadığı üçün əl atdıqlarını bildirib. Amma istənilən halda, bu qanun pozuntusu olduğu üçün müfəttişlərin etdikləri hərəkət sübuta yetirilib və 3 nəfər rəhbərlik tərəfindən işdən qovulma ilə cəzalandırılıb. “Bundan sonra da kimsə bu hərəkəti edərsə ən azı işindən azad olunacaq.”

N.Həsənov bildirib ki, yəqin ki, bundan sonra heç bir müfəttiş bu üsula əl atmağa cəsarət etməyəcək. Çünki, onların başqa işləridə araşdırılacaq və ən sərt cəza tədbirləri görüləcək.

Nömrələr geri qaytarılıb və sürücülərə qeyri-qanuni fəaliyyət göstərdikləri üçün xəbərdarlıq edilib.


QafqazPRESS.az
banner125x125 banner125x125